Rezidenturaya hazırlaşanlar üçün “Patologiya (Patoloji anatomiya)” adlı vəsait nəşr edilib
11.08.2022 16:11

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya hazırlaşanlara kömək məqsədilə “Patologiya (Patoloji anatomiya)” adlı vəsait nəşr edib.

 

Mərkəzdən bildirilib ki, vəsait patologiya (patoloji anatomiya) üzrə Azərbaycan Tibb Universitetinin tədris proqramı və DİM-in rezidenturaya qəbul proqramı əsasında hazırlanıb.

 

Vəsait ümumi və xüsusi patologiya hissələrindən ibarətdir. Birinci hissəsində xəstəliklərin inkişafı zamanı ümumi patoloji dəyişikliklər ətraflı təsvir edilir. İkinci hissədə isə müxtəlif üzv və sistemlərin xəstəlikləri, eləcə də infeksion xəstəliklər, prenatal və perinatal patologiyalar verilib. Kitabda patoloji anatomiya üzrə müasir məlumatlar, 163 şəkil və 24 cədvəl öz əksini tapıb. Vəsaitdən əsas (baza ali) tibb təhsili verən universitetlərin tələbələri, rezidenturaya hazırlaşanlar, eləcə də həkimlər istifadə edə bilərlər.

 

Nəşri “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub