Yaponiya şirkətləri zəif eşidənlər üçün səsin vizuallaşdırılmasına başlayıb
03.08.2022 16:42

Yaponiyada çox şirkət zəif eşidənlərə yardım etmək məqsədilə səsin vizuallaşdırılmasına başlayıb.

 

Aztibb.az xəbər verir ki, iyunda Şərqi Yaponiya dəmir yolu şirkəti Tokio şəhərətrafı nəqliyyat mərkəzi hesab edilən “Ueno” stansiyasında bu sistemin sınaqlarına başlayıb. Həmin sistem süni intellektdən istifadə edərək yaxınlaşan qatarların səsini və ictimai elanları təhlil edir. Bundan sonra həmin səslər platforma üzərində quraşdırılmış ekrana transkripsiya olunur.

 

Sistemin müəllifi, elektronika istehsalı sahəsində tanınmış “Fujitsu” şirkətinin nümayəndəsi Honda Tatsuya bildirib ki, sistemin hazırlanması zamanı ən çox müzakirə edilən məsələ yaddaqalan qrafikanın seçilməsi idi: “Bu məqsədlə eşitmə problemi olan dizayner dəvət edilib. Ümid edirik ki, layihə zəif eşidən şəxslərin məlumatlanmasında mühüm rol oynayacaq”.

 

Layihə ilə bağlı sınaqların cari ilin dekabrınadək davam edəcəyi qeyd edilir. Həmin sistemin digər stansiyalarda da quraşdırılması və onunla bağlı rəylərin toplanması nəzərdə tutulur.

 

Bununla yanaşı, Tokioda fəaliyyət göstərən digər şirkət ötən ildən smartfonlar üçün gündəlik səsləri görüntüyə çevirən əlavə tətbiq istifadəyə verib. Həmin əlavə əvvəlcədən qeydə alınmış səsi, məsələn yanğın siqnalizasiyasını və ya yaxınlaşan təcili yardım maşınının siqnalını qəbul etdikdə xəbərdarlıq göndərərək, smartfonu söndürür. Əlavənin istifadəçiləri yaşadıqları mühitə uyğun olaraq yeni səsləri qeydiyyata ala bilərlər. Bu sıraya domofonun səsini və ya uşaq ağlamasını daxil etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb