Kliniki Tibbi Mərkəzdə İLK DƏFƏ icbari tibbi sığorta vasitəsilə tam laparoskopik total qastrektomiya əməliyyatı icra edilib
29.07.2022 09:59

Kliniki Tibbi Mərkəz TƏBİB-in tabeliyində olan xəstəxanalar arasında daha bir ilkə imza atıb. Mərkəzdə ilk dəfə icbari tibbi sığorta vasitəsilə tam laparoskopik total qastrektomiya əməliyyatı icra edilib.

 

66 yaşlı vətəndaş üzərində aparılan və 8 saat davam edən cərrahi əməliyyat uğurla başa çatıb. Mərkəzin Cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənovun sözlərinə görə, əməliyyat zamanı xəstədə hər hansı ağırlaşma müşahidə edilməyib:

 

“Pasiyent KTM-ə qanayan mədənin kalloz yarası diaqnozu ilə müraciət etmişdir. Müayinələr zamanı mədə cismini tutan böyük ölçülü kalloz yara aşkarlandı və qanaxma davam etdiyi üçün xəstə tam müayinə edilmədən təcili cərrahi əməliyyata götürüldü. İcbari tibbi sığorta yolu ilə biz ilk dəfə tam laparoskopik total qastrektomiya əməliyyatını həyata keçirdik və əməliyyat kifayət qədər uğurlu oldu”.

 

Cərrahi əməliyyat keçirən 1956-cı il təvəllüdlü Aybəniz Hüseynovanın sözlərinə görə, diz ağrısının qarşısını almaq üçün istifadə etdiyi dərmanların ağır fəsadları nəticəsində bu vəziyyətə düşüb:

 

“Deyilənə görə, əməliyyatım 8 saat davam edib. İndi özümü çox yaxşı hiss edirəm. Burada göstərilən tibbi xidmətdən çox razı qaldım. Əməliyyatımın yaxşı keçdiyi üçün demirəm, həqiqətən bütün tibb personalı işini çox yaxşı görür. Bütün əməliyyatın, müayinə və müalicələrin xərcləri icbari tibbi sığorta tərəfindən qarşılandı. Bu cür xidmətə, çəkdikləri əziyyətə və diqqətə görə hər kəsə çox təşəkkür edirəm”.

 

Qeyd edək ki, əməliyyat keçirən A.Hüseynovanın cərrahi əməliyyatdan sonrakı müalicəsi də bitdiyinə görə evə buraxılıb.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Gülxətmi çayının faydaları və yan təsirləri açıqlanıb
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı