Bu gün IV qrup üzrə qəbul imtahanı keçiriləcək
21.07.2022 08:56

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları (II cəhd) keçiriləcək.

 

İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

 

İmtahanda IV ixtisas qrupu üzrə isə 4062 abituriyentin iştirakı nəzərdə tutulur.