BDU-da Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyası yaradılıb
13.07.2022 13:38

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyası yaradılıb.

 

BDU-dan verilən məlumata görə, bitkilərin dəyişkən və əlverişsiz şəraitlərə (abiotik və biotik) uyğunlaşdırılması üçün klassik selektiv metodlardan istifadə edilməsi ölkənin ixrac potensialını azaldır, daxili qida ehtiyaclarının qarşılanmasını çətinləşdirir.

 

Bu da nəticə etibarilə seleksiya istiqamətində aparılan tədqiqatların aktuallığını azaldır. Bu problemlərin həlli istiqamətində qısamüddətli intensiv seleksiya texnologiyalarının tətbiq edilməsinə ehtiyac duyulur. Hazırda mövcud olan intensiv seleksiya texnologiyaları içərisində CRISPR-Cas9, TALENs technology və RNAi daha geniş tətbiq edilir. Qeyd etmək lazımdır ki, göstərilən texnologiyalar əsasında ölkəmizdə seleksiya məhsullarının alınması həyata keçirilməsinə baxmayaraq, bu metodların elmi tədqiqatlara inteqrasiyasına – kənd təsərrüfatında müasir molekulyar bioloji metodların tədqiqi və tətbiqi ilə yeni genotiplərin yaradılması istiqamətində laboratoriya infrastrukturunun təkmilləşdirilməsinə ehtiyac var.

 

BDU-nun nəzdində bu istiqamət üzrə yeni innovativ laboratoriyanın yaradılması müasir texnologiyalar vasitəsilə orqanizmdə yeni əlamətlərin saxlanılması (genom redaktə ilə), yüksək məhsuldarlıq, molekulyar metodlarla iqlim dəyişkənliyinə dözümlülük, stress faktorlarına davamlılıq kimi əlamətləri daşıyan bitki genomlarının hazırlanmasına, bitkiçilikdə müasir biotexnoloji tətbiqlərin transferinə, qida təhlükəsizliyini təmin etmək məqsədilə yeni biotexnoloji metodların inkişaf etdirilməsinə və əmək bazarının tələblərinə uyğun olaraq biotexnologiya sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına imkan verəcək.

 

ETL-in yaradılmasında Kənd Təsərrüfatı Nazirliyi, USAID, FAO, İsrailin “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzi və Yerusəlim Yəhudi Universitetinin iştirak etməsi BDU-nun təhsil-elm-istehsalat istiqamətində əlaqələrinin genişlənməsinə və elmi ideyaların kommersiyalaşdırılmasına imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub