“Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı” uğurla yekunlaşıb
28.07.2025 11:16
Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyası, “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı" uğurla başa çatıb.
Klinikadan Aztibb.az-a bildirilib ki, proqram çərçivəsində Türkiyə, Fransa, Çexiya, Avstriya və Slovakiyadan olan tibb tələbələri bir ay müddətində Yeni Klinikada tibbi təcrübə keçərək həm nəzəri biliklərini artırmaq, həm də praktik bacarıqlar qazanmaq imkanı əldə ediblər.
Tələbələrlə görüşən Barat Yusubov beynəlxalq təcrübə proqramınının əhəmiyyətini vurğulayaraq bu kimi layihələrin onların gələcək karyeralarında mühüm rol oynayacağını bildirib. O, proqramın yalnız tibbi bilik və bacarıqların artırılması baxımından deyil, eyni zamanda mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından da dəyərli olduğunu qeyd edib. Təcrübə proqramını uğurla başa vuran tələbələri təbrik edən Barat Yusubov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Yeni Klinikanın belə təşəbbüslərə hər zaman açıq olduğunu vurğulayıb.
Tələbələr Travmatologiya, Qastroenterologiya, Ümumi cərrahiyyə, Uşaq cərrahiyyəsi və digər şöbələrdə klinik fəaliyyətlərlə yaxından tanış olaraq tibbi prosesləri yaxından müşahidə etməklə yanaşı praktiki məşğələlərdə iştirak ediblər.
Təcrübə proqramı çərçivəsində həmçinin tələbələrə Yeni Klinikanın təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi Fəxriyyə Quliyeva tərəfindən “Basic Life Support – Təməl Yaşam Dəstəyi” mövzusunda həm nəzəri bilikləri əhatə edən, həm də praktik bacarıqların aşılandığı təlimlər keçirilib. Təlim zamanı təcili tibbi yardımın ilkin mərhələlərinə dair əsas prinsiplər, ürək-ağciyər reanimasiyası (CPR), hava yolunun açılması və süni tənəffüs kimi həyati vacib müdaxilələr barədə məlumat verilib eyni zamanda simulyasiya avadanlıqları vasitəsilə real situasiyaya yaxın şəraitdə məşğələlər aparılıb.
Bir ay müddətində davam edən təcrübə proqramının sonunda 6 tibb tələbəsi sertifikatla təmin edilib. Eyni zamanda, mübadilə proqramının nümunəvi təşkilində göstərdikləri yüksək peşəkarlıq və dəstəyə görə Travmatologiya şöbəsinin müdiri Fərhad Verdiyev və Uşaq cərrahiyyəsinin müdiri Orxan Fərzəliyev təşəkkürnamə ilə təltif ediliblər.
Qeyd edək ki, “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı” çərçivəsində mübadilə prosesinin növbəti ay üçün də davam etdirilməsi nəzərdə tutulur.
Bu bölməyə aid digər xəbərlər
Professor Gəray Gəraybəyli Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb
21.10.2026 | 16:44
ATU-da magistratura təhsilinin təşkili və keyfiyyəti müzakirə olunub
21.10.2026 | 11:23
Qazaxıstanlı magistrantlar Molekulyar Biologiya İnstitutunda elmi təcrübədə olublar
20.10.2026 | 16:53
ATU-da rezidentura hazırlığı DİM hədəfləri kontekstində müzakirə olunub
20.10.2026 | 15:57
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33
Tibb təhsili üzrə tədris proqramlarının yenilənməsi müzakirə olunub
19.10.2026 | 09:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
18.10.2026 | 13:00
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
18.10.2026 | 10:41
Azərbaycan Tibb Universitetində süni intellekt innovasiya proqramına start verildi
16.10.2026 | 16:39
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

