Qazaxstanlı tələbələr ATU-nun Stomatologiya fakültəsində yeni bilik və bacarıqlar əldə ediblər
22.04.2026 09:25
S.D.Asfendiyarov adına Qazax Milli Tibb Universitetinin Stomatologiya fakültəsinin IV kurs tələbələri Azərbaycan Tibb Universitetinin (ATU) eyni adlı fakültəsində təcrübə keçiblər.
 
Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.
 
Əməkdaşlıq memorandumu əsasında reallaşan təcrübədə Qazaxstanlı tələbələr Ortopedik stomatologiya kafedrasında tədris olunan “Tam çıxan protezlər” fənnində iştirak ediblər. ATU-dakı tədris prosesinə böyük maraq göstərən qonaq tələbələr bu sahədə yeni bilik və bacarıqlar əldə ediblər.
 
Tədrisin sonunda Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva və kafedra əməkdaşlarının iştirakı ilə imtahan təşkil olunub.
 
İmtahanda yüksək nəticələr göstərən qazaxstanlı tələbələrə sertifikatlar təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır