2025/2026-cı tədris ili üzrə rezidenturaya qəbul üçün 778 yer ayrılıb
23.07.2025 14:27

2025/2026-cı tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 778 yerdən ibarətdir. Onlardan 71 yer Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin məzunları üçün (Müdafiə Nazirliyi sistemi üçün 26, Ədliyyə Nazirliyi sistemi üçün 26, Daxili İşlər Nazirliyi sistemi üçün 2, Dövlət Sərhəd Xidməti sistemi üçün 15, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti sistemi üçün 2 yer) və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.

 

Aztibb.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının plan yerlərini yalnız həmin universitetin məzunları seçə bilərlər. Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin ayrı-ayrı dövlət orqanları üzrə nəzərdə tutulmuş plan yerlərini yalnız müvafiq dövlət orqanı üzrə siyahıya alınmış namizədlər seçə bilərlər.

 

Xatırladaq ki, rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün iyulun 22-dən qeydiyyat başlanıb. Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün iyulun 30-dək (saat 23:59-dək) tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

 

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

 

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 10-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim