ATU-nun Psixiatriya kafedrasının əməkdaşları Çikaqo Universitetində beynəlxalq proqramda iştirak ediblər
21.04.2026 10:46

Azərbaycan Tibb Universitetinin (ATU) Psixiatriya kafedrasının tədris hissə müdiri Nərmin Quliyeva və əməkdaşı Pərvin Müslümzadə Çikaqo Universitetində (ABŞ) təşkil olunan beynəlxalq akademik proqramda iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, ATU nümayəndələri uşaqlar və yeniyetmələr arasında qlobal psixi sağlamlıq sahəsinə həsr olunan Global Child Mental Health Symposium qatılıblar. Simpozium çərçivəsində N.Quliyeva psixiatrik yardımın inkişafı üzrə təcrübə və müxtəlif yanaşmalar haqqında məlumat verib.

 

Səfər zamanı nümayəndə heyətimiz Çikaqo Universitetinin rəhbərliyi, o cümlədən Psixiatriya kafedrasının müdiri Seth Himelhoch ilə görüşüb. Görüşlərdə elmi əməkdaşlıq, klinik və tədqiqat proqramlarının inkişafı və multidissiplinar yanaşmaların tətbiqi müzakirə olunub.

 

Qeyd edək ki, beynəlxalq akademik proqramın elmi rəhbəri azərbaycanlı alim, Çikaqo Universitetinin Crown Family School professoru Leyla İsmayılovadır. 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə