Alimlər insan hüceyrələrindən robot üçün "canlı" barmaq hazırlayıblar
16.06.2022 17:24

Yaxın zamanda humanoid robotlarda əsl dəri və dırnaqlar meydana gələ bilər.

 

Aztibb.az www.techinsider.ru-ya istinadən xəbər verir ki, Yaponiyanın Tokio Universitetindən olan tədqiqatçılar robot üçün avtomatlaşdırılmış barmağı canlı insan hüceyrələrindən hazırlanmış, özü bərpa olunan dəri ilə örtməyə müvəffəq olublar.

 

Bu barmaqlar insan barmağının hərəkətlərini etmək imkanına malikdir. Barmaqların hazırlanması zamanı kollagen və insan dərisinin fibroblastlarının hüceyrələrindən ibarət məhlul silindrə yerləşdirilib. Bunlar insan dərisinin birləşdirici toxumalarının əsas komponentləridir.

 

Öz təbii xüsusiyyətləri sayəsində bu məhlul sıxılıb və hidrogel örtüyü yaradaraq barmağın konturlarını təkrarlayıb.

 

Sonrakı testlər göstərib ki, dəri kifayət qədər möhkəm və elastikdir.

 

Bununla belə, süni dəri hələlik təbii insan dərisindən daha zəifdir və sağ qalma üçün nəmləndirici maddələrlə təchiz edilməsinə ehtiyac var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır