ÜST koronavirusun yaranmasını daha ətraflı öyrənəcək
10.06.2022 09:40

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilən ekspert qrupu koronavirusun yaranması ilə bağlı hərtərəfli təhlil aparmaq niyyətindədir.

 

Aztibb.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yazır.

 

Məlumata görə, ekspert qrupu laboratoriya şəraitində fövqəladə vəziyyətin mümkünlüyünün daha ətraflı təhlili də daxil olmaqla, COVID-19-un necə yayıldığını müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayıb.

 

"Hələ də pandemiyanın ortaya çıxmasını izah edəcək mötəbər məlumatlar yoxdur. Ekpert qrupu bütün fərziyyələri hərtərəfli araşdırmaq üçün mövcud olan elmi sübutlara açıqdır", - qrupun hesabatında qeyd edilir.

 

Vurğulanır ki, virusun mənşəyi ilə bağlı siyasiləşdirilmiş nəzəriyyə variantı da istisna edilmir.

 

Xatırladaq ki, koronavirusa yoluxma halı ilk dəfə 2019-cu ilin sonunda Çinin Hubei əyalətinin Uhan şəhərində aşkar edilib, sonrada virus bütün dünyaya yayılmağa başlayıb. 11 mart 2020-ci ildə ÜST koronavirusu pandemiya elan edib.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib