Tibb Universitetinin tələbəsi “Gənc tədqiqatçıların V respublika elmi-praktik konfransı”nda çıxış edib
11.05.2022 14:25
Azərbaycan Tibb Universitetinin Farmakologiya fakültəsinin I-ci kurs tələbəsi Riad Ələkbərzadə “Şəxsin autentifikasiya üsullari və həlləri haqqında” mövzusunda “Gənc tədqiqatçıların V respublika elmi-praktik konfransı”na tezis təqdim edib. Aztibb.az xəbər verir ki, elmi işin rəhbəri, araşdırmanın aparılmasında və tezisin yazılmasında iştirak etmiş Tibbi və bioloji fizika kafedrasının dosenti İlqar Aslanovdur.
 
Son illər biometriyaya maraq öz bioloji məlumatlarından istifadə edərək bir insanı müəyyən etmək mümkünlüyü ilə bağlıdır. Mövzunun aktuallığı da biometrik texnologiyaların insan şəxsiyyətinin bioloji xüsusiyyətləri və ya əlamətlərini əsas götürərək avtomatik və ya avtomatlaşdırılmış üsullardan istifadə imkanının yaradılması ilə bağlıdır. Elmi işdə biometriyanın aktiv istifadə olunduğu sahələr və yeni istiqamətlər vurğulanır, texnologiyanın dəqiqlik göstəriciləri nəzərdən keçirilir, biometrik identifikasiya alqoritmlərinin keyfiyyət göstəriciləri araşdırılır.
 
Azərbaycan Universitetində keçirilən sözügedən konfransda R.Ələkbərzadə müvafiq seksiyada məruzə ilə çıxış edib. Bu mövzuda həm bioloji, həm də informasiya texnologiyaları elmi istiqamətlərinin əhatə olunması iştirakçıların marağına səbəb olub. Bununla bağlı tələbəmiz konfrans iştirakçılarının çoxsaylı suallarına cavab verib və sertifikatla təltif edilib. Hətta bölmənin sədri və moderatoru olan Asif Paşayev işin davam etdirilərək tətbiq sahələrinin daha genişləndirilməsini tövsiyə edib. Onu da bildirək ki, konfransın çap edilmiş materiallar toplusuna tələbimizin tezisi da daxil olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub