Prostat vəzin xərçənginin diaqnozunda Multiparametrik Prostat MRT-nin xüsusi rolu var - Uzman radioloq
11.05.2022 15:15

Prostat vəzin xərçəngi - prostat vəzinin hüceyrələrindən inkişaf edən bədxassəli bir şişdir. Prostat vəzin bədxassəli şişləri kişilərdə ən çox rast qələn bədxassəli şişlərdəndir və digər xərçəng növləri kimi metastazlar əmələ gətirə bilər. Son dövrlərdə bu şiş daha çox artmaqdadır. 35 yaşdan sonra 10 min nəfər kişidən 1-də prostat vəzi xərçəngi baş verə bilər. Yaşla xəstələnmə riski yüz dəfələrlə artır. Bu səbəbdən 50 yaşdan yuxarı kişilərin sağlamlığına xüsusi diqqət yetirmələri və vaxtında müayinələrdən keçməyi vacibdir. Belə ki, vaxtında aşkarlanan bu xəstəliyi müalicə və cərrahi müdaxilə ilə tam olaraq sağaltmaq mümkündür. Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov bu xəstəliyin müayinəsində istifadə olunan müayinə üsulları və maarifləndirmə işlərinin əhəmiyyəti barədə suallarımızı cavablandırıb.

 

Eldəniz həkim, müasir tibbdə Prostat xərçənginin diaqnostikasında hansı üsullardan istifadə edilir?

 

İlk öncə Prostat xərçənginin diaqnostikasında istifadə olunan üsullar, tibb elminin inkişafı ilə bağlı yaranmış yeni metodlar barədə məlumat vermək istəyirəm. Qeyd edim ki, Prostat xərçənginin diaqnostikasında PSA analizi, rektal toxunma və transrektal ultrasəs ilə biopsiya kimi üsullardan istifadə edilir. Belə ki, bu üsullarla prostat xərçənginin erkən mərhələdə aşkar edilməməsi ehtimalı yüksəkdir. Nəzərə alsaq ki, Prostat vəzi xərçəngi kişilərdə ən çox rast gəlinən xərçəng növü olub, ağciyər xərçəngindən sonra ikinci sırada ən çox ölüm səbəbidir. Kişiərin bütün həyatı boyu prostat xərçəngi ilə xəstələnmə ehtimalı 15-20%-dir. Bu xərçəng növünün erkən yaşda diaqnostikası və müalicəsi urologiya sahəsində ən vacib məsələlərdən biridir.

 

PSA analizi, rektal toxunma və transrektal ultrasəs ilə biopsiya

 

Prostat xərçənginin diaqnostikasında istifadə edilən PSA analizi, rektal toxunma və transrektal ultrasəs ilə biopsiya kimi üsullar çərçivəsində istifadə edilən skrininqində prostat spesifik antigen ( PSA), rektal barmaq müayinə ( rektal toxunma) və rektal ultrasəs (TRUS) xərçəngi aşkarlamada həssaslığı aşağıdır.

 

Qandan baxdığımız PSA testi

 

Gündəlik təcrübədə istifadə etdiyimiz və qandan baxdığımız PSA testi normal həddə tapılsa belə prostat xərçəngini istisna edə bilməz. Bu səbəbdən qan PSA dəyərləri normal olan xəstələrdə xərçəng olma ehtimalı var. Rektal barmaq müayinəsi daha çox irəliləmiş prostat xərçəngində əlamət verir. Transrektal ultrasəs müayinəsi ilə prostatda xərçəng toxumasının yerini ayırd etmək mümkün deyil. Bu səbəbdən ultrasəs cihazı ilə aparılan biopsiya əməliyyatı zamanı xərçəngli bölgələri gözdən qaça bilər. Bu isə prostatı daha ayrıntılı göstərən xüsusi MRT texnikasının inkişafına səbəb olmuşdur. Günümüzdə prostat vəzi MRT texnikaları çox inkişaf edərək xəstəliyin diaqnostikasını və müalicəsini növbəti səviyyəyə çıxarmışdır.

 

Eldəniz həkim, prostat vəzinin MRT müayinəsi necə aparılır?

 

Qeyd edim ki, 1990-cı illərdə inkişaf etdirilməyə başlayan və günümüzdə çox inkişaf etmiş texnoloji səviyyəyə çatan MRT texnikasına multiparametrik prostat MRT( mp-MRT) deyilir. Damardan verilən dərmanlar ( intravenoz kontrast maddə) vasitəsilə yaradılan və bir çox kompleks görüntünün birləşməsindən yaranan MRT müayinəsi, prostatın anatomik quruluşunu daha ətraflı göstərir.

 

Standart üsullarla müqayisədə MRT xərçəng toxumasının yerini və xərçəng ehtimalını yüksək dəqiqliklə proqnozlaşdırmağa və müalicəni istiqamətləndirməyə imkanı verir. 2014-cü ildə inkişaf etdirilən Pİ-RADS v2 (Prostate Imaging-Reporting and Data System) təsnifat sistemi ilə MRTgörüntüləri 1 ilə 5 arasında təsnif edilir.( 5 çox yüksək xərçəng şübhəsi olan sahədir. ) Bu təsnifat sayəsində 3 Tesla MRT cihazlarıyla çox etibarlı nəticələr əldə edilir.

 

Multiparametrik MRT xərçəngli sahələri daha ətraflı araşdırma və raporlama imkanı verən PI-RADS v2 təsnifatı xərçəngi 90%-dən çox dəqiqliklə aşkar edir. PI-RADS v2 təsnifatı aşağıda göstərilmişdir.

 

PI-RADS 1 – Çox aşağı risk
PI-RADS 2 – Aşağı risk
PI-RADS 3 – Orta risk ( xərçəng baxımından şübhəli)
PI-RADS 4 – Yüksək k risk
PI-RADS 5 – Çok yüksək risk

 

Prostat MRT prostat toxumasınındakı xərçəng hücüyrələrini 90%-dən çox dəqiqliklə göstərir. Bu görüntülərin digər bir mühüm cəhəti prostat vəzidən toxuma nümunəsi götürən zaman,yəni biopsiya zamanıda istifadə edilə bilməsidir. Bunlardan ən çox istifadə edilən MR-TRUS füzyon biyopsiya teknikasıdır ki, xüsusi proqram köməyilə əvvəlcədən əldə edilən və xərçəng ocaqlarının qeyd olunduğu MRT görüntülərinin rektal ultrasəs görüntüləri ilə üst-üstə gətirilərək ( füzyon edilərək) hədəflənən sahədən biopsiya edilir. MRT və ultrasəs görüntülərinin birləşdirilərək 3-ölçülü virtual prostat toxuması yaradılır və şübhəli sahədən biopsiya götürülür.

 

Prostat xərçəngi xəstəliyi ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi bu xəstəliyin azalmasına təsir edə bilər?

 

Əlbəttə, maariifləndirmə işlərinin aparılması bu xəstəliklə mübarizədə böyük əhəmiyyətə malikdir. Belə ki, bütün xəstəliklərdə olduğu kimi, Prostat xərçəngi xəstəliyinin erkən aşkarlanması vaxtında müalicəyə başlamağa və xəstəliyin qarşısının alınmasına imkan yaradır. Xatırladım ki, 14 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, eləcə də “Bayer” şirkətinin əməkdaşlığı ilə Azərbaycan Radioloqlarının II Elmi-Praktik Konfransı həyata keçiriləcək. Mən də bu konfransa məruzəçi qismində dəvət olunmuşam. Qeyd etmək istəyirəm ki, bu konfransda müxtəlif xəstəliklərin diaqnostikasında radioloji üsulların əhəmiyyətindən, o cümlədən süd vəz xərçəngnn mərhələ təynndə MRT müaynəsnn rolu, Fetal MRT-nn müasr statusu, Temporo-mandbulyar oynağın anatomyası və ntraartkulyar dsfunksyanın MR smptomatologyası kimi MRT müayinələri ilə bağlı təqdimatlarla məruzələr ediləcək.

 

Mən Radiologiya səhəsindı çalışan mütəxəssisləri Azərbaycan Radioloqlarının II Elmi-Praktik Konfransında zoom üzərindən iştirak etməyə dəvət edirəm. Həmçinin, konfrans tam olaraq Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi üzərindən yayımlanacaq. Bu səbəbdən, konfransı heç bir qeydiyyatdan keçmədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsində izləmək mümkündür. Bütün maarifləndirici tədbirlər xəstəliklərin azalmasında, vaxtında aşkarlanmasında və erkən müalicəsində böyük əhəmiyyət kəsb edir.

 

Eldəniz həkim, siz Azərbaycan Radioloqlarının II Elmi-Praktik Konfransında hansı mövzuda çıxış edəcəksiniz?

 

Mənim mövzum ilə maraqlandığınız üçün təşəkkür edirəm. Mən Azərbaycan Radioloqlarının II Elmi-Praktik Konfransının ikinci panelində “Fetal MRT-nn müasr statusu” mövzusunda çıxış edəcəm. Oxucularımızı zoom üzərindən konfransın işinə qoşulmağa dəvət edirəm. Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsində konfransın proqramı ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün linki Sizə təqdim edirəm. https://customshospital.az/14-may-azerbaycan-radioloqlarnin-2-ci-beynlxalq-elmi-praktik-konfransi/?fbclid=IwAR0nU2jnthUeRWXMwiDoM5F3-xqGxjt0LTRaqg7SCilI8of-EEFUso-zbd4#gsc.tab=0

 

Maraqlı müsahibə üçün dərin təşəkkürümüzü bildiririk!

Müsahibəni apardı:
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilara Zamanova

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb
Qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkən pasiyent Diaqnoz Tibb Mərkəzində sağlamlığına qovuşub
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının nevroloqu Təranə Bayramova - Həkimlərimizi tanıyaq!