Dünyada ilk dəfə olaraq 5G texnologiyasından istifadə etməklə süd vəzisinin bədxassəli şişinin kəsilib götürülməsi əməliyyatı icra olunub
09.05.2022 10:52

İspaniya Süd Vəzisinin Cərrahları Assosiasiyasının (Aecima) 10-cu Konqresi çərçivəsində şişlərin bu növünün kəsilib götürülməsi üzrə real vaxt rejimində 5G texnologiyasından istifadə etməklə ilk dəfə olaraq novator əməliyyatı aparılıb.

 

Aztibb.az xəbər verir ki, beşinci nəsil mobil rabitə texnologiyası Lissabon (Portuqaliya) ilə Saraqosanı (İspaniya) ayıran 900 kilometr məsafəni qət etməyə imkan verib və beləliklə iki məşhur cərrah - portuqaliyalı doktor Pedro Quveyya və ispaniyalı Roxelio Andres-Luna arasında əlaqəni təmin edib. Konqres iştirakçıları Lissabonda aparılan əməliyyatı immersiv rejimdə (tamamilə və ya qismən virtual aləmdə) müşahidə edə biliblər.

 

Rabitənin minimum ləngiməsini və videonun böyük buraxıcılıq qabiliyyətini təmin edən 5G texnologiyası sayəsində iki cərrah arasında qarşılıqlı əlaqə yaratmaq mümkün olub.

 

Doktor Pedro Quveyya əməliyyat zamanı İspaniyadakı həmkarından məsləhətlər alıb.

 

Bu konfrans həkimlərin işini optimallaşdıran qabaqcıl texnologiyalardan istifadə edilməklə cərrahiyyə əməliyyatları sahəsində mühüm mərhələ olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır