Stomatologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib
29.04.2022 17:04

Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin Xarici dillər kafedrasında konfransı olub. Konfrans öz işinə başlamamışdan öncə iştirakçılara Qarabağın tarixi abidələri və Vətən müharibəsində canlarını fəda etmiş hərbi həkimlər barədə videoçarx nümayiş etdirilib.

 

Aztibb.az xəbər verir ki, konfransı kafedra üzrə TEC-in sədri Suqra Pənahlı açıq elan edib. O, tələbələrin ingils, rus, alman dillərində müxtəlif mövzularda məruzələrlə çıxış edəcəyini bildirib. İngilis dilində 20, rus dilində 6, alman dilində isə 1 məruzə dinlənilib. İşgüzar şəraitdə keçən konfransda tələbələr məruzələr ətrafında verilən sualları həvəslə cavablandırıblar.

 

Qeyd edək ki, Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov da konfransda iştirak edib. Dekan və münsiflər heyətində təmsil olunanlar məruzəçilərin çıxışlarından razı qaldıqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub