Gənc tələbə Mərkəzi Gömrük Hospitalında həkim-rezident kimi fəaliyyətə başlayıb
28.04.2022 14:36
Azərbaycan Tibb Universitetinin məzunu Alşan Salamzadə 1 fevral 2022-ci il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində rezidentura təhsilini davam etdirir.
 
 
Aztibb.az xəbər verir ki, həkim-rezident A.Salamzadə 2013-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
 
2019-cu ildə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının rezidenturasına daxil olaraq, 2022-ci ilin fevral ayına qədər burada uşaq cərrahiyyəsi ixtisası üzrə təhsil alıb. 
 
O, kuratoru - Mərkəzi Gömrük Hospitalının uzman uşaq cərrahı Vüsal Cəfərovun rəhbərliyi altında abdominal cərrahiyyə, uşaq urologiyası, torakal cərrahiyyə, yenidoğulmuşların anadangəlmə inkişaf qüsurları üzrə aparılan bütün növ açıq və laparoskopik əməliyyatları təcrübədə tətbiq edir. Həkim-rezident Alşan Salamzadə azyaşlı pasiyentlərin əməliyyat öncəsi müayinə və dəyərləndirilməsində, o cümlədən əməliyyat sonrası təqiblərində aktiv şəkildə iştirak edir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub