Tək xayasını itirmək təhlükəsi ilə üzləşən gənc uğurla əməliyyat olunub - Mərkəzi Klinikada 
28.04.2022 16:40
2 il öncə sağ xayasında burulma olan və əməliyyatı gecikdirdikləri üçün xaya nekroz olaraq çürümüş, sağ xayası çıxarılmış 17 yaşlı oğlan digər xayasını da itirmək təhlükəsi ilə rastlaşıb.
 
Aztibb.az xəbər verir ki, pasiyent hadisənin üzərindən 7 saat keçdikdən sonra gecə saatlarında Mərkəzi Klinikaya ümidsiz halda qorxu içərisində müraciət edib. 
 
Müayinələr zamanı məlum olub ki, xaya öz damarları ətrafında burulduğu üçün qidalana, qanlana bilmir.
 
Tək xayanı qoruya bilmək üçün zamanla yarışan cərrah Fuad Hüseynovun başçılıq etdiyi tibbi komanda pasiyenti təcili əməliyyata alıb. 
 
Hadisənin üzərindən 7 saatdan çox vaxt keçməsinə baxmayaraq xaya toxumasının hələ də canlı qaldığı müəyyən edilib. 
 
1 gün sonrakı doppler müayinəsinin xayanın qanlanmasının normal olduğunu göstərib. 
 
Pasiyent bütün riskləri geridə qoyaraq yaşadıqları rayona yola salınıb. 
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?