Sinqapurlu alimlər COVID-19 əlamətlərini izləyən qoruyucu maska hazırlayıb
11.09.2020 17:53

Sinqapurlu alimlər istənilən qoruyucu maskaya quraşdırıla və COVID-19-a yoluxma əlamətlərini qeydə ala bilən xüsusi ötürücülər sistemi hazırlayıblar.


Aztibb.az xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislər bədənin hərarəti, qanın oksigenlə zənginliyi, alternativ təzyiq və ürək döyüntüsünün tezliyi barədə məlumatları toplaya bilən “monitorinq sistemi” qurub. Bu göstəricilər əsasında koronavirusa yoluxma barədə məlumat almaq mümkündür.

 

“COVID-19 xəstələri izolyasiya olunmuş palataya yerləşdirildikdən sonra tibbi işçiləri hər 30 dəqiqədən bir onların temperatur və qanda oksigenin miqdarı göstəricilərini ölçmək məcburiyyətində qalır. Bu səbəbdən koronavirusla mübarizənin ön cərgələrində dayanan tibb işçilərinə kömək etmək və onların qarşılaşdığı riskləri azaltmaq qərarına gəldik”, - deyə professor Lo Syan Tzyun bildirib.

 

Mütəxəssislərin hazırladığı sistem üzəri polimer materialla örtülmüş ötürücülərdən ibarətdir. Həmin material elastik və suya davamlıdır. Sistemə, həmçinin məlumatları real zamanda smartfona ötürəcək “Bluetooth” quraşdırılıb. Onu birdəfəlik və ya çox istifadəli maskalara quraşdırmaq olar. Nəzəri olaraq ötürücülərin quraşdırıldığı maskaları yuyaraq yenidən istifadə etmək mümkündür.

 

Tədqiqatçılar sentyabrın sonlarında sistemi sınaqdan keçirməyi və bazara çıxarmağı planlaşdırır. Onun bir ədədinin laboratoriya istehsalı təxminən 36,5 dollara, kütləvi istehsalı isə təxminən 14,6 dollara başa gələcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır