“Ürək çatışmazlığının multi-modal diaqnostik görüntüləmə ilə inteqrasiyası” adlı beynəlxalq konfrans keçiriləcək
16.07.2020 20:43

7-8 noyabr 2020-ci il tarixlərində Bakı şəhərində "Ürək çatışmazlığının multi-modal diaqnostik görüntüləmə ilə inteqrasiyası" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Tibb Universiteti (ATU) və "Uptodate İn Medicine" tərəfindən təşkil ediləcək konfrans Azərbaycan Tibb Universitetinin Jurnalı və Avrasiya Klinik Elmlər Jurnalı tərəfindən dəstəklənir. 

 

Kardioloqlar, kardio-cərrahlar, qeyri-invaziv və invaziv ürək-damar görüntüləməsi ilə məşğul olan mütəxəssislərin bir araya gələcəyi bu mühüm elmi-praktik konfransda kardiologiyada, xüsusilə də ürək çatışmazlığında multimodal görüntüləmə texnologiyalarına dair maraqlı müzakirələr aparılacaq. Mühazirələr, panel müzakirələri və sual-cavab sessiyaları vasitəsilə iştirakçılar, o cümlədən mütəxəssislər və ümumi praktika həkimləri çoxmodallı, qeyri-invaziv və invaziv ürək-damar görüntülənməsi sahəsində mövcud texnologiyalara dair yeni məlumatlar əldə edəcək, qabaqcıl görüntüləmə texnologiyalarının cari tətbiqləri barədə yeni biliklərə yiyələnəcəklər. Konfransda hər bir görüntüləmə metodundan düzgün istifadə üçün mövcud tövsiyələr nəzərdən keçiriləcək, yeni texnologiyaların pasiyentin müalicəsinə, habelə səhiyyə xərclərinə təsiri dəyərləndiriləcək.

 

İnteraktiv didaktik sessiyalarla yanaşı, iştirakçılar konfrans öncəsi seminarlarda öz bacarıqlarını praktik məşğələlər və kiçik qrup seminarları ilə artırmaq imkanı əldə edəcəklər.

 

Qeyd edək ki, konfransla paralel olaraq Beynəlxalq Gənc Kardiologiya Akademiyasının toplantısı da keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır