Udulmuş kiçik cisimlərin orqanizmdən xaric edilməsini təmin edən elastik robot hazırlanıb
11.04.2022 10:22

Honkonq Universiteti alimləri tərəfindən qeyri-adi robot hazırlanıb. Maqnit və palçıqdan ibarət mexanizm professor Li Zhang və həmkarları tərəfindən ixtira olunub.

 

Aztibb.az lenta.ru saytına istinadla xəbər verir ki, “Advanced Functional Materials” jurnalında dərc olunmuş məqalədə bildirilir ki, yumşaq və elastik olan bu robot insan bədəninə daxil olub udulmuş maddələrin və ya kiçik cisimlərin xaric edilməsini təmin edir.

 

Mütəxəssislərin fikrincə, yumşaq robot 1,5 millimetr diametrli çox dar kanallara belə nüfuz edə bilir. O, öz strukturuna görə ən kiçik obyektləri tutmaq imkanına malikdir. Bundan sonra həkimlər maqnitlərdən istifadə edərək robotu orqanizmdən çıxarırlar.

 

Texnologiyanın kifayət qədər təhlükəsiz və effektiv olduğu müəyyən edilərsə, o, həkimlərə udulmuş əşyaları götürməyə və əvvəllər praktiki olmayan yerlərdə robotları yerləşdirməyə kömək edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır