Uşaq psixiatrı: "Autistik spektr pozuntusunun erkən aşkarlanması çox önəmlidir"
02.04.2022 11:25
"Autistik spektr pozuntusu 3 yaşa qədər özünü büruzə verir. Təməl əlamət uşağın sosial ünsiyyət bacarıqlarının yaşa uyğun olmamasıdır".
Günümüzdə insanları narahat edən əsas problemlərdən biri də autizm sindromudur. Azyaşlılar arasında yayılmış bu sindrom evində körpə böyüdən hər bir valideyndə, təbii olaraq, təlaş yaradır. Bu təlaşın səbəbi isə 2-3 yaşlı uşaqların nitq və davranışında, psixi inkişafında yaşanan problemlərə bəzi hallarda autizm sindromu diaqnozunun qoyulmasıdır.
Valideynlərin əksəriyyəti uşaqda autizm əlamətlərini müəyyənləşdirməkdə çətinlik çəkdiyindən, mütəxəssisə gec müraciət edir. Nəticədə problemin aradan qaldırılması çətinləşir. Bəs valideyn ilk növbədə nələri bilməlidir və hansı halda övladında autizm əlamətlərinin olmasından şübhələnməlidir?
Aztibb.az xəbər verir ki, bu suallara aydınlıq gətirən tanınmış uşaq psixiatrı, ATU-nun psixiatriya kafedrasının assistenti İkram Rüstəmov bildirdi ki, autistik spektr pozuntusu özünü əsasən 3 yaşa qədər olan dövrdə büruzə verir:
“Diqqətli valideynlər bu əlamətləri 1 yaşa qədər olan dövrdə də hiss edirlər. Bəzi valideynlər isə əksər hallarda deyirlər ki, yaşyarıma, 2 yaşa qədər hər şey normal idi, uşaq sonradan qapanmağa başladı. Əslində belə deyil. Təməl əlamət uşağın sosial ünsiyyət bacarıqlarının yaşa uyğun olmamasıdır. Əgər 3 yaşa qədər olan uşağın sosial ünsiyyət bacarıqlarında yaşa uyğunsuzluq varsa, doyurucu bir göz təması qurmursa, adını çağıranda reaksiya vermirsə, qarşılıqlı oyun oynaya bilmirsə, diqqətini bir tərəfə yönəldəndə baxmırsa və barmaqla göstərmək hərəkəti yoxdursa, autizm əlamətlərindən şübhələnməyə əsasımız var. Uşağın jest hərəkətlərindən, mimikasından da bu əlamətləri sezmək mümkündür”.
Doktor bəzi valideynlərin “uşaqda problem təkcə danışmamasıdır” qənaətində olmasına da aydınlıq gətirdi:
“Mən o valideynlərə deyirəm ki, lal adam da danışmır, amma əllə, qolla, gözlə, bədənlə özünü izah edir. Yəni bu uşaqlarda təməl məsələ nitq problemi deyil, sosial ünsiyyət bacarıqlarının zəifliyidir. Təbii ki, bir çox yan əlamətlər də ola bilər. Çünki bu uşaqların əksəriyyətində nitq yaşa uyğun inkişaf etmir. Hətta nitqi inkişaf edən uşaqlarda da bəzən exolaniya, yəni eyni cümləni təkrarlaması və ya 2-ci, 3-cü şəxsdə danışıq şəklində ifadələr işlətməsi halları ilə də qarşılaşırıq. Amma əksəriyyətinin nitqində inkişaf problemi olur. Başqa bir əlamət maraq dairəsi ilə əlaqədardır. Daha çox öz ehtiyacları daxilində olanlara maraq göstərirlər. Bir də onlarda barmaq ucunda yerimək, fırlanmaq, tullanmaq, sağa-sola sallanmaq, dala-qabağa gedərək əyilmək və ya bir nöqtə, bir xətt üzərində, bəzən divarın dibi ilə o tərəf, bu tərəfə getmək kimi təkrarlayıcı hərəkətləri çox sıx görürük”.
Əvvəllər sadalanan əlamətləri daşıyan uşaqlara autizm, atipik autizm, Asperger sindromu kimi diaqnozlar qoyulduğunu vurğulayan İ.Rüstəmov bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının daha müasir, yeni təsnifatı nəşr olunsa da, tam praktikaya keçməyib. Ancaq Amerika Psixiatriya Assosiasiyasının təsnifatına görə, artıq bu diaqnozlar birləşdirilərək “autistik spektr pozuntusu” adını alıb: “Çünki bunları bir-birindən ayırmaq çox çətindir. Autistik spektr bir aralıq deməkdir. Yəni bu uşaqlar yuxarıda saydığım əsas simptomlarla “buradan burayadək” bu spektrdə yer alırlar”.
Uşağa yalnız 2 yaş yarımı tamamlanandan sonra diaqnoz qoya bildiklərini söyləyən həkim-psixiatr diqqətə çatdırdı ki, o dövrə qədər dəqiq diaqnoz qoya bilməsək də, müəyyən şübhələr əsasında bir yaşdan etibarən müdaxiləyə başlayırıq:
“Autizm spektr pozuntusunun müalicəsinin əsas metodikası psixo-pedaqoji reabilitasiyadan ibarətdir. Fiziki motorikanın inkişafı üçün uşaqları müxtəlif məşğələlərlə müalicə etməyə çalışırıq. Dərman müalicəsi məsləhət görülmür. Preparatlar daha çox yanaşı problemlərə görə yazılır. Məsələn, uşağın yuxu, davranış pozuntusu və s. kimi faktorlar varsa. Amma ünsiyyət bacarıqları, zehni xüsusiyyətlərin problemləri üçün dərman müalicəsi birmənalı şəkildə yoxdur. Təəssüf ki, bəzi uşaq nevroloqları nitqi açan, beyni inkişaf etdirən dərmanlardan istifadə edirlər. Amma bunların heç biri dünyada isbat edilmiş elmi əsasa söykənmir. Dərman meyvə-tərəvəz deyil ki, gen-bol istifadə edək”.
İkram Rüstəmov qeyd etdi ki, patologiyanın erkən aşkarlanması çox önəmlidir: “Bu baxımdan valideynlərin maarifləndirilməsi olduqca əhəmiyyətlidir. Erkən diaqnozun qoyulmasında əsas məsuliyyət sahə həkimlərinin, sahə pediatrlarının üzərinə düşür. Erkən yaşında uşağın ünsiyyətində, nitqində nəsə yolunda deyilsə, artıq bir mütəxəssisə yönləndirərək diaqnostikanı axıra çatdırıb dəqiqləşdirmək, gərəkdirsə müdaxiləyə başlamaq çox ciddi və həyati əhəmiyyət kəsb edən məsələdir”.
İ.Rüstəmov bu patologiyanın “qırmızı bayraqlar” adlandırılan əlamətlər toplusuna da toxunaraq dedi ki, uşaqlarda bu topluya aid göz təmasının qurulmaması müşahidə edildikdə, ciddi və erkən müayinə zəruridir: “Vaxtında üstünə düşülərsə, bu uşaqların bir çoxunun tam düzəlmə ehtimalı var. Belə nümunələr çoxdur. Bəzən çox az dəyişən, çox zəif düzələn uşaqlarla da qarşılaşırıq. Erkən müdaxilədən sonra mütləq şəkildə bir irəliləyiş görürük. Burada qaranlıq nöqtələr çox olduğundan, konkret proqnoz vermək mümkün deyil. Amma əminliklə deyə bilərik ki, erkən müdaxilə həyatı xilas edir. Gec, xüsusilə də 6 yaşdan sonra müdaxilələrin effekti, təsiri isə çox azdır”.
Bu bölməyə aid digər xəbərlər
Professordan "yay ishali" ilə bağlı xəbərdarlıq
23.07.2026 | 08:47
Yaşlılarda qripin müalicəsində ən çox buraxılan səhvlər – Həkimdən 3 vacib məqam
22.07.2026 | 10:58
Stress və mədə-bağırsaq problemləri - Aralarında hansı əlaqə var?
22.07.2026 | 09:52
Kron və Xoralı kolit arasındakı əsas fərqlər nələrdir?
21.07.2026 | 13:20
Gilbert sindromu nədir? İrsi şərait haqqında əsas məqamlar
21.07.2026 | 10:32
Hormonlar və daxili xaos: Psixoterapevtlər qadınlarda DEHB hallarının artması ilə bağlı narahatlıq ifadə edirlər
20.07.2026 | 13:37
Populyar arıqlama preparatlarının alkoqol asılılığının aradan qaldırılmasına da kömək etdiyi müəyyənləşib
20.07.2026 | 10:14
Qoturluqdan necə qorunmalı? – Dermatoloq əsas əlamət və profilaktik tədbirləri açıqlayır
19.07.2026 | 12:25
GLP-1 preparatları diabetik ayaq ağırlaşmalarının riskini azalda bilər
19.07.2026 | 08:48
Yuxu barədə stereotipləri yenidən düşünməyin vaxtıdır
18.07.2026 | 09:28
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
15.07.2026 | 12:38
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
14.07.2026 | 11:02
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində
15.07.2026 | 17:02
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
18.07.2026 | 11:30
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses
14.07.2026 | 10:05
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
16.07.2026 | 14:16
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
15.07.2026 | 09:37
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
20.07.2026 | 11:15
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
14.07.2026 | 11:27
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
14.07.2026 | 14:35
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
16.07.2026 | 16:06
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
20.07.2026 | 08:07
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub
14.07.2026 | 16:19
Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib
14.07.2026 | 16:43
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
19.07.2026 | 14:21

