Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi müdaxilə
11.05.2026 08:39

Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə şöbəsinin professoru Rüstəm Məmmədov mədədə aşkar olunan törəmə ilə bağlı aparılan cərrahi müdaxilə barədə Aztibb.az-a məlumat verib.

 

Həkim bildirib ki, 65 yaşlı xəstə klinikaya ürəkbulanma, qusma, qəbul etdiyi qidanın səhər saatlarında geri qaytarılması, eləcə də nəcisdə qara rəngli dəyişiklik və təkrarlayan “kofe çöküntülü” qusma şikayətləri ilə müraciət edib. Aparılan qastroskopiya müayinəsi zamanı mədənin pilorantral hissəsində törəmə aşkar edilib. Daha sonra kompüter tomoqrafiyası və histoloji müayinələr nəticəsində diaqnoz təsdiqlənib.

 

Məlumata görə, hazırda xəstə cərrahi əməliyyata götürülüb və artıq laparotomiya icra olunub. Törəmənin yerləşdiyi nahiyə nəzərə alınaraq mədənin tam çıxarılmasına ehtiyac olmadığı, subtotal qastrektomiya və D2 limfodisseksiya əməliyyatının aparılacağı bildirilib.

 

Həkimin sözlərinə görə, bu tip mədə törəmələrinə praktikada kifayət qədər tez-tez rast gəlinir və onların yaranmasında qidalanma vərdişləri, genetik faktorlar, zərərli vərdişlər, eləcə də immun və nevroloji vəziyyət mühüm rol oynaya bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır