Sabunçu Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
11.05.2026 07:39

Sabunçu Tibb Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Daha sonra müasir Azərbaycanın qurucusu və memarı, dövlətçilik tariximizdə silinməz iz qoymuş Heydər Əliyevin əziz xatirəsi, eləcə də Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Ardınca Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbirdə Sabunçu Tibb Mərkəzinin direktor səlahiyyətlərini icra edən Sevinc Həsənzadə çıxış edərək Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edib.

 

Mərkəzin cərrahi işlər üzrə direktor müavini Kamil Hacıyev, 2 nömrəli Doğum evinin rəhbəri, direktor müavini Səadət Şamilova, 7 saylı Maştağa xəstəxanasının rəhbəri, direktor müavini Namiq Nəbiyev, eləcə də Ürologiya şöbəsinin müdiri İlqar İsmayılov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən, xalqımıza və dövlətimizə göstərdiyi misilsiz xidmətlərdən danışıblar.

 

Çıxışlarda vurğulanıb ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin bütün sahələrində, o cümlədən səhiyyə sistemində uğurla davam etdirilir. Onun səhiyyəyə göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında mühüm rol oynayıb.

 

Tədbir çərçivəsində Ulu Öndərin zəngin irsi bir daha xatırlanıb, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri xüsusi vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır