Türkiyə Respublikasının Tokat Qaziosmanpaşa Universitetinin əməkdaşı ATU-da təcrübə keçib  
08.05.2026 15:35

Türkiyə Respublikasının Tokat Qaziosmanpaşa Universitetinin (TOGÜ) Korporativ Kommunikasiyalar üzrə Koordinasiya Ofisinin əməkdaşı, Dr. Latif Bilgiler Azərbaycan Tibb Universitetində (ATU) təcrübə keçib.

 

ATU və TOGÜ arasında Erasmus+Proqramı çərçivəsində imzalanmış ikitərəfli müqaviləyə əsasən rellaşan təcrübə mübadiləsi Universitetin İctimaiyyətlə əlaqələr şöbəsində həyata keçirilib.  

 

ATU-dan Aztibb.az-a bildirilib ki, görüş çərçivəsində ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin işi və fəaliyyəti ilə yaxından tanış olan L.Bilgiler universitetdə həyata keçirilən bir çox tədbir, görüş və konfranslarda, o cümlədən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunmuş “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq elmi-praktik konfransda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.  

 

Səfər müddərində L.Bilgiler universitetin insan anatomiyası kafedrasının anatomik tədris muzeyi ilə da yaxından tanış edilib. Kafedranın müdiri, tibb elmləri doktoru, professor Nəriman Mövsümov qonağa muzeyin nadir, zəngin eksponatları və tarixi haqda geniş və əhatəli məlumat verib. Bildiirlib ki, kafedranıın nəzdində fəaliyyət göstərən Dayaq-hərəkət aparatı (tədris muzeyi), Mərkəzi sinir sistemi, Splanxnologiya və angiologiya, və Anomaliya muzelərinin hər biri yalnız elmi-tədris məqsədlərinə xidmət etmir, eyni zamanda onlardan elmi-maarifləndirici müəssisə kimi də geniş istifadə edilir.

 

Səfərin sonunda təcrübə mübadiləsini uğurla başa vuran qonağa sertifikat təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır