Tədris Cərrahiyyə Klinikasında uğurlu diz protezi əməliyyatı icra olunub  
08.05.2026 10:34
Tədris Cərrahiyyə Klinikasının travmatoloq-cərrahı Bəhruz Məmmədov tərəfindən 66 yaşlı pasiyent üzərində uğurlu diz protezi əməliyyatı həyata keçirilib.
 
Klinikadan Aztibb.az-a verilən məlumata görə, pasiyent uzun müddətdir diz oynağında ağır artrozdan əziyyət çəkib. Xəstə hərəkət zamanı ağrılarının artdığını, xüsusilə gecə saatlarında narahatlıq yaşadığını və sərbəst şəkildə yeriməkdə çətinlik çəkdiyini bildirib.
 
Aparılan müayinələrdən sonra pasiyentə diz oynağının protezləşdirilməsi tövsiyə olunub və əməliyyat icra edilib. Təxminən 1 saat davam edən cərrahi müdaxilə zamanı diz oynağı protezi yerləşdirilib.
 
Həkimin sözlərinə görə, əməliyyat uğurla başa çatıb və hər hansı fəsad qeydə alınmayıb. Pasiyentin sabahdan etibarən yeriməyə başlaması, ümumi vəziyyəti uyğun olduğu təqdirdə isə yaxın günlərdə evə buraxılması planlaşdırılır.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib