ATU-nun Hərbi Tibb Fakültəsinin kursantları Qənimətlər Parkında olub
07.05.2026 10:51
Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb Fakültəsinin bir qrup kursant heyəti 44 günlük Vətən müharibəsinə həsr olunmuş Qənimətlər Parkını ziyarət ediblər.
 
ATU-dan Aztibb.az-a verilən məlumata görə, kursantlar burada nümayiş etdirilən hərbi texnika, silah-sursat, sənədlər, müxtəlif artefaktlar və digər eksponatlarla tanış olublar.
 
Ziyarət kursantlara tarixi faktları canlı şəkildə görmək imkanı ilə yanaşı, müharibənin reallıqlarını daha dərindən dərk etmələrinə də şərait yaradıb.
 
Xatırladaq ki, Hərbi Qənimətlər Parkının layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi qələbənin simvolik məkanı kimi layihələndirilən park 44 günlük savaşda əldə edilmiş böyük zəfəri gələcək nəsillərə vizual şəkildə çatdırmaq məqsədi daşıyır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır