İnsanın ağciyərlərinə qədər hərəkət edə bilən elastik robot hazırlanıb
01.04.2022 10:21

İngiltərənin Lids Universitetininmütəxəssisləri tərəfindən ağciyərlərdə olanşübhəli zədələnmələri müəyyən etmək və yadərmanların bu orqana çatdırılmasını təminetmək üçün ağciyərlərin dərinliklərinə qədərhərəkət edə bilən kiçikölçülü, həşərat formalı robot hazırlanıb.

 

Aztibb.az popmech.ru-ya istinadla xəbər verir ki, bundan öncə səkkizayaqlı ilbizlər və kalmarlara bənzər robot ağciyərlər və tənəffüs yollarının tədqiqi üçün istifadə edilən boruşəkilli tibbi alət olan bronxoskopun imkanlarını genişləndirmək üçün hazırlanmışdı. Həkimlər onu bronxial keçidlərə burun və ağız vasitəsilə daxil edirdilər, sonra isə onun daxili ilə daha incə, 2 millimetr kateteri daha dərin tənəffüs yollarına yeridirdilər.

 

Lakin bu yanaşmada manevr qabiliyyətində məhdudiyyətlər olduğundan və bəzi yerlərin əlçatmaz qaldığını nəzərə alaraq, Lids Universitetinin alimləri daha elastik və insanın daxilində daha asan idarə etməyin mümkün olduğu qurğunu hazırlamaq qərarına gəliblər. Nəticədə bir-birinə birləşmiş yumşaq elastomerdən olan silindrik seqmentlərdən ibarət, kiçik maqnit hissəcikləri quraşdırılmış robot ərsəyə gəlib.  


"Robot ağciyərlərin böyük bir qisminə çata bilər və ağciyərlərin xərçəngi və başqa xəstəliklərinin müalicəsində və tədqiqatında əhəmiyyətli kliniki alət ola bilər", - deyə tədqiqata rəhbərlik etmiş professor Petro Valdastri bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır