Tibb Universitetində “Studentvision” musiqi layihəsinə start verilib
15.03.2022 14:17

Azərbaycan Tibb Universitetində “Studentvision” musiqi layihəsinə start verilib. Aztibb.az xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan bu layihənin məqsədi musiqi sahəsində istedadı və qabiliyyəti olan tələbələri üzə çıxarmaq və onların beynəlxalq musiqi yarışmalarında iştiraklarını təmin etməkdir.

 

Layihə rəhbəri, İdman Akademiyasının tələbəsi Murad Süleymanlı və ATU-nun tələbəsi Dilbər Rahim Əliyevanın təqdimatında tədbir böyük maraqla qarşılanıb. 

 

D.R.Əliyeva “Studentvision” layihəsinin 3 ilə yaxındır ki, təsis olunduğunu və bir neçə müsabiqə yarışması təşkil etdiklərini bildirib:

 

“2021-ci ildə keçirilən bu layihədə universitetimizin tələbəsi Aliyə Şahbazova finala yüksəlib. Ona görə də ATU bu gün ev sahibliyi edir. Hazırkı müsabiqənin müxtəlif universitetlərdən olan iştirakçılarına uğurlar arzulayıram”.

 

Aparıcılar ev sahibliyinə görə ATU-nun rəhbərliyinə, maliyyə dəstəyinə görə Nərimanov Rayon Gənclər və İdman İdarəsinə təşəkkür ediblər. Daha sonra iştirakçılar səhnəyə çıxıb. Onların ifası münsiflər heyəti tərəfindən ayrı-ayrılıqda dəyərləndirilib.

 

2021-ci ilin finalçısı, universitetimizin I Müalicə profilaktika fakültəsinin 5-ci kurs tələbəsi Aliyə Şahbazova da öz bənzərsiz ifası ilə zalda əyləşənləri heyran edib. Onun ifasında “When the Music Dies” mahnısı tamaşaçı alqışlarına səbəb olub.

 

Qeyd edək ki, müsabiqədə ölkəmizdə fəaliyyət göstərən 10-a yaxın universitetin tələbələri iştirak edib. Sosial şəbəkədə səsvermə yolu ilə 12 nəfər tələbədən 8-i finala vəsiqə qazanıb. Qalib müəyyənləşənədək müsabiqənin mərhələli şəkildə davam etməsi nəzərdə tutulub. Müsabiqənin münsiflər heyətində Aslan Rüstəmzadə, Rəvanə Vəliyeva, Nihad Məmmədov, Minayə Hüseynova, Nadir Rüstəmli təmsil olunurlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub