Şəki Regional Elmi Mərkəzi əməkdaşlarının tədqiqat əsəri nəşr olunub
28.02.2022 14:24

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) əməkdaşlarının “Azərbaycanın şimal-qərb bölgəsinin müalicəvi və təsərrüfat əhəmiyyətli bitkiləri” adlı kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.

 

Kitabın müəllifləri ŞREM-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhadə Əzizov, Bitkilərin biomüxtəlifliyi və genefondu şöbəsinin sabiq müdiri Coşqun Məmmədov, və Ekoloji biofizika şöbəsinin rəhbər əvəzi Yevgeniya Bəkirovadır.

 

Yeni nəşr AMEA-nın 75, AMEA ŞREM-nin 50 illik yubileyi münasibətilə hazırlanıb.

 

2015-ci ildən başlayaraq işçi qrupu tərəfindən şimal-qərb bölgəsindən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının düzənlik, aşağı, orta və yuxarı dağ qurşaqları ərazilərində intensiv olaraq rekoqnostik tədqiqat və bioaraşdırma işləri yerinə yetirilib, regionda təbii arealda yabanı halda yetişən 223 dərman bitkisi aşkarlanıb və onlar müvafiq olaraq üç qrupda təsnif olunublar.

 

Beynəlxalq təsnifata uyğun olaraq effektiv qrupda biokimyəvi tərkibi və farmokoloji xüsusiyyətləri öyrənilmiş və geniş yayılmış 84 bitki, ikinci perspektiv qrupda biokomyəvi tərkibi və farmokoloji xüsusiyyətləri az öyrənilmiş, ehtiyatı az olan 62 bitki, üçüncü potensial qrupda biokimyəvi və farmokoloji xüsusiyyətləri öyrənilməmiş, əlçatmaz və ehtiyatı məhdud olan 77 bitki təsnif olunub.

 

Kitabda hər bir qrupda təsnif olunmuş bitkilərin çiçəklənmə və meyvələrinin yetişmə dövründə fotoşəkilləri, onların hansı fəsiləyə, cinsə və növə aid olduqlarına dair latın və Azərbaycan dilində adları, hər bitkinin biologiyası, ekologiyasına dair aşkar edildiyi ərazinin koordinatları və dəniz səviyyəsindən hündürlük göstəriciləri, həmçinin bitkinin kimyəvi tərkibi, müalicəvi xassələri və istifadə olunma sahələrinə dair geniş və müfəssəl məlumatlar verilib.

 

Son dərəcə zəngin bitki biomüxtəlifliyinə malik şimal-qərb bölgəsində son 40 ildə oxşar tədqiqatların, xüsusən də dərman bitkilərinin biomüxtəlifliyinin öyrənilməsi işlərinin yerinə yetirilmədiyini nəzərə alaraq deyə bilərik ki, təqdim olunan əsər yüksək dəyərə və elmi tutuma malikdir.

 

Nəşrin elmi əhəmiyyətini şərtləndirən amillərdən biri də ondan ibarətdir ki, müəlliflər tərəfindən ilk dəfə olaraq müalicəvi bitkilərin beynəlxalq standartlara uyğun təsnifatı aparılmış, bitkilərin kimyəvi və biokimyəvi tərkibinə dair məlumatlar bölmələrində ayrı-ayrı xəstəliklərin müalicə və profilaktikasında istifadəsinə icazə verilən dərman bitkilərinin siyahısı verilmiş, kimyəvi və biokimyəvi tərkibi, farmokoloji xüsusiyyətləri ümumiyyətlə öyrənilməmiş bitkilər xüsusi bölmədə əks olunmuş, ehtiyatı tükənməkdə, məhv olmaq təhlükəsi altında olan bitkilər isə AMEA Rəyasət Heyətinin qərarı ilə nəşrə hazırlanan “Qırmızı kitaba” daxil edilməsi üçün təklif olunmuşdur.

 

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, texniki redaktoru isə ŞREM-nin Folklorşünaslıq və el sənətləri şöbəsinin sabiq müdiri Pakizə Əliyevadır.

 

Təqdim olunan kitab regionun, həm də ölkənin elmi ictimaiyyəti üçün dəyərli tədqiqat əsəri olmaqla yanaşı, eyni zamanda bilogiya, tibb, farmakoqnoziya və farmokologiya üzrə təhsil alan tələbələr üçün dərs vəsaiti, həmçinin oxucular üçün məlumat mənbəyi kimi əhəmiyyətlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub