Neyroşəbəkə DNT-nin deşifrə edilməsi üzrə rekorda imza atıb
22.02.2022 15:00

ABŞ-ın Stenford Tibb Məktəbinin alimləri insan genomunun deşifrə edilməsi üzrə yeni dünya rekordu müəyyənləşdiriblər.

 

Aztibb.az digitalocean.ru-ya istinadən xəbər verir ki, amerikalı alimlər genom ardıcıllığını beş saat iki dəqiqəyə başa çatdıra biliblər. Nailiyyət “DNT ardıcıllığı - biopolimerlərin amin turşusu və ya nukleotid ardıcıllığının müəyyənləşdirilməsi” kateqoriyasında “Ginnesin Rekordlar Kitabı”na düşüb.

 

Tədqiqat işində yeni metodlardan və xüsusi hazırlanmış neyron şəbəkəsindən istifadə edilib.

 

Araşdırma zamanı alimlərlər yerli klinikaların reanimasiya şöbələrində diaqnoz qoyulmamış xəstələrdə sürətləndirilmiş genom ardıcıllığı üsulunu sınaqdan keçirib. Təcrübə çərçivəsində 12 xəstənin genomları tədqiq edilib.

 

Alimlər hesab edirlər ki, sürətləndirilmiş ardıcıllıq xəstələrə daha tez diaqnoz qoyulmasına və müalicəyə başlamağa imkan verəcək.

 

Qeyd edək ki, əvvəlki rekord genom ardıcıllığı prosesini 14 saat ərzində tamamlayan Redi Uşaq İnstitutuna məxsus idi.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə