ATU onurğa xəstəliklərinin müalicəsində son model dartma cihazından istifadə edir
22.02.2022 14:55

Əvvəllər yalnız yaşlı insanlarda rast gəlinən onurğa xəstəlikləri müasir dövrdə xeyli gəncləşib. Son illər gənc insanlarda skalioz, kifoz, yırtıq və bu kimi digər xəstəliklərə çox rast gəlinir. Aztibb.az xəbər verir ki, bu kimi xəstəliklərin müalicəsində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasındakı yeni traksion (dartma) cihazından uğurla istifadə olunur.

 

Klinikanın Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Nurlana Əliyeva qeyd edir ki, traksion cihazından onurğa sütununun bütün şöbələrinin müalicəsində - fizioterapiya və reabilitasiya üçün istifadə olunur:

 

“Hazırda klinikamızda olan traksion cihazı ABŞ istehsalıdır və son nəsil texnologiyalara aiddir. Məlumdur ki, onurğa problemlərində öncə vizual olaraq həkim müayinəsi aparılır. Sonra gərək olduqda instrumental müayinə - MRT, rentgen, kompüter tomoqrafiyası və digər aparatlardan istifadə olunaraq diaqnoz qoyulur”.

 

N.Əliyevanın sözlərinə görə, onurğa sütunundakı dəyişikliklər anadangəlmə və sonradan yaranmış ola bilər:

 

“Onurğa sütunu orqanizmin dayaq hissəsidir. Onun müxtəlif şöbələrində olan problemlərin fizioterapevtik (reabilitasiya) müalicəsi mümkün olarsa, bunu edirik. Traksion aparatından da məhz bu halda istifadə edilir”.

 

Mütəxəssis deyir ki, traksion aparatında həm uşaqlar, həm də böyüklərin müalicəsi aparıla bilər. Lakin onurğadakı bütün xəstəliklərdə bu cihazdan istifadə oluna bilməz. Bu səbəbdən prosedurun aparılması zamanı bir çox məqamlara diqqət yetirilir. Belə ki, traksion müalicəsi üçün müəyyən yaş məhdudiyyəti var. Bundan əlavə, müalicə təyin olunmazdan əvvəl laborator analizlər də aparılır. Əgər xəstənin qanında ionlaşmış kalsiumun miqdarı azdırsa, D vitamini çatışmırsa, dartma aparatından istifadə məqbul deyil. Bu məsələdə xəstəliyin ağırlıq dərəcəsi də böyük rol oynayır.

 

Traksion aparatında yalnız onurğanın dartılması həyata keçirilmir. Cihaz onurğanın ətraf əzələlərindəki zəifliyin də ardan qaldırılmasına yardımçı olur. Bu aparatda xəstənin onurğası həm dartılır, həm də ətraf əzələlərin sanki masajı icra edilir.

 

Həkimin fikrincə, gənc və yeniyetmələrdəki onurğa problemləri əsasən müasir həyat tərzi ilə əlaqədar olub, mobil telefon, kompüter və planşetlərdən həddən artıq istifadə səbəbi ilə ortaya çıxır. Mütəxəssis valideynlərə bu məsələdə daha diqqətli davranmağı məsləhət görür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub