Rezidentlərin bacarıqlarının təkmilləşdirilməsi istiqamətində tədbirlər keçirilir - Fotolar
16.02.2022 17:06

ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün “Laparoskopik vərdişlər” üzrə təlim kursu keçirilib.

 

Aztibb.az xəbər verir ki, I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov və TCK-nın Rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilovun təşkilatçılığı ilə baş tutan təlimi Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova açıb. O, rezidentlərin elmi və praktik təcrübələrinin təkmilləşdirilməsi üçün klinikada hər cür şərait olduğunu deyərək, belə təlimlərin rezidentlərin bilik və təcrübələrinin artırılmasında böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

 

Müasir təhsil sistemini təlimlərsiz təsəvvür etmədiyini bildirən I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov isə təlim iştirakçılarına istiqamətin mahiyyəti barədə məlumat verib. Professor qeyd edib ki, müasir dövrdə tibb tələbələri və həkim-rezidentlərin tədris prosesində praktiki vərdişlər və bacarıqlar əldə etməsi çox mühümdür, bu onların gündəlik iş vərdişlərində böyük rol oynayacaq. N.Bayramov kursların davamlı olacağını vurğulayıb.

 

Sonra I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov 10 təlim kursu keçiriləcəyini və cərrahiyyənin bütün sahələri üzrə praktiki bacarıqların əldə olunması üçün Tədris Treninq Mərkəzində laparoskopik cərrahiyyənin elmi əsaslarına həsr edilmiş videomühazirələr oxunacağını deyib. “Karl Storz” firmasının təqdim etdiyi əməliyyat texnikasından da bəhs edən E.Əzimov bildirib ki, laparoskopik vərdişlərin öyrənilməsi, eləcə də müxtəlif əməliyyatların, o cümlədən təcrübi məşğələlərin aparılması məhz bu texnikanın vasitəsi ilə canlı nümayiş olunacaq.

 

Bildirilib ki, bu kurslar təhsil proqramı çərçivəsində keçiriləcək. Təlim zamanı rezidentlər davamlı olaraq tibb təhsili ilə yanaşı, həm də laparoskopiya üzrə fundamental bacarıqlar, həmçinin cərrahiyyədə düyün və tikiş vərdişləri, müxtəlif növ anastomoz texnikaları ilə də yaxından tanış olacaqlar.

 

Sonra “Karl Storz” firmasının Azərbaycan nümayəndəliyinin direktoru Taley Bəşirov laparoskopik əməliyyatlarda istifadə olunan cərrahi dəstlər və onların texniki xüsusiyyətləri barədə məlumat verib. Onun sözlərinə görə, hazırda cərrahiyyənin elə bir sahəsi yoxdur ki, orada müasir cərrahi cihaz və alətlər mövcud olmasın. Və onlardan bir neçəsi indi burada nümayiş olunur.

 

Daha sonra laparoskopik vərdişlərin aktual məsələləri ətrafında diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar Taley Bəşirov tərəfindən cavablandırılıb.

 

Təlim kursunun sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər