Ginekoloq Mələk Qafarlı: "COVID-19 dölün inkişafına mənfi təsir göstərmir"
12.02.2022 12:36

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikanın ginekoloqu Mələk Qafarlı koronavirusun (COVID-19) hamilə qadınlara və körpələrə təsiri ilə bağlı suallarımıza aydınlıqlıq gətirib.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Mələk xanım, hamilə qadınların virusa yoluxma riski daha çoxdurmu?


- Hamilə qadınların COVID-19-a yoluxma riski yüksək deyil. Lakin virusa yoluxmuş hamilə qadının ağırlaşma və intensiv terapiyaya ehtiyac duyma riski daha çoxdur. Xüsusilə yoluxma hamiləliyin 3-cü trimestrində baş verərsə risk yüksəkdir.

 

- COVID-19 hamiləliyə və doğulacaq körpəyə necə təsir edir?


- Araşdırmalara görə, COVID-19 dölün inkişafına mənfi təsir göstərmir və döldə qüsurların olması ehtimalını artırmır. Həmçinin yoluxma erkən həftələrdə baş verərsə düşük ehtimalı da artmır.

 

- Koronavirusa yoluxmaq doğuş zamanına və şəklinə təsir edirmi?

 

- COVID-19 doğuş zamanına və şəklinə təsir göstərmir. Lakin əgər hamilə qadının vəziyyəti ağırdırsa və həyatı üçün təhlükə varsa, bu zaman hamiləliyi normal doğuşla deyil, qeysəriyyə əməliyyatı ilə başa vurmaq məsləhətdir. Hətta lazım gələrsə vaxtından əvvəl sonlandırmaq da olar.

 

- Hamilə qadınlar koronavirusdan qorunmaq üçün nə etməlidir?

 

- İlk öncə sıx məkanlardan uzaq durmalı, qoruyucu maskalardan istifadə etməli və sosial məsafəni qorumağa diqqət etməlidirlər. İmmun sistemini yüksək tutmaq üçün isə sağlam qidalanma, düzgün yuxu rejimi, təmiz havada gəzinti və vitamin-mineral balansını normada saxlamaq lazımdır.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır