Tibb Universitetinin magistratura pilləsi üzrə 83 fəndən imtahanlar keçirilib/Fotolar
10.02.2022 10:17

Azərbaycan Tibb Universitetində (ATU) 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başa çatıb.

 

Aztibb.az-a universitetdən verilən məlumata görə, cədvəl üzrə yanvarın 3-dən başlayan sessiya fevralın 1-də tamamlanıb. Üzrlü səbəblərdən imtahanlarda iştirak etməyən tələbələr üçün fevralın 3-4 və 7-8-də əlavə imtahanlar təşkil olunub. Bəzən bir gündə 5 min tələbənin imtahan verməsinə baxmayaraq, ciddi qayda pozuntusu və ya texniki problemlərə rast gəlinməyib.

 

Bu semestrdə ənənəvi qaydalar yenidən bərpa olunub. Belə ki, universitetin rektorunun göstərişinə əsasən, internetdə yerləşdirilmiş nümunəvi sualların sayı azaldılaraq 100-ə endirilib, digər suallar isə gizli saxlanılıb. Bu da özünün müsbət nəticəsini göstərib. Belə ki, imtahanlardan 50 bal toplayan tələbə olmayıb. Bu isə o deməkdir ki, tələbənin əsl biliyinə qiymət verilib. Ən yüksək 48 bal toplanılıb.

 

“Elektron universitet” layihəsi sayəsində istər imtahan prosesinin gedişi, istərsə də tələbələrin davamiyyəti baxımından şəffaflıq yüksək səviyyədə təmin olunub.

 

ATU-da magistratura təhsil pilləsi üzrə də 2021-2022 tədris ilində qış sessiya imtahanları yekunlaşıb. Sessiya 5 yanvar – 1 fevral aralığında baş tutub. 3 əsas (əczaçılıq, klinik psixologiya, səhiyyə menecmenti) ixtisas olmaqla, 5 alt ixtisaslaşma (əczaçılıq kimyası, farmakoqnoziya, toksikoloji kimya, əczaçılıq texnologiyası, əczaçılığın təşkili) üzrə 1 və 2-ci kurslarda cəmi 83 fənn üzrə imtahanlar keçirilib.

 

İxtisaslar üzrə əsas fənlərdən imtahanlar ənənəvi (bilet üzərindən) canlı formatda müvafiq kafedralarda təşkil olunub. Ümumi fənlər üzrə imtahanlar isə test mərkəzində reallaşıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub