Elmi Cərrahiyyə Mərkəzinin əməkdaşına “Cərrahlıq” ixtisası üzrə professor elmi adı verilib
09.02.2022 09:28

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Qaraciyər, ödkisəsi və mədəaltı vəzi xəstəliklərinin cərrahlığı şöbəsinin baş elmi işçisi, tibb elmləri doktoru Zərraf Şirinov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28.01.2022-ci il tarixli qərarı ilə tibb elmləri sahəsində “Cərrahlıq” ixtisası üzrə professor elmi adını alıb.

 

Aztibb.az xəbər verir ki, Zərraf Şirinov 1997-ci ildə Azərbaycan Tibb Universitetində "Xora mənşəli piloroduodenal stenozlar zamanı mədə rezeksiyası və ya vaqotomiya" mövzusunda namizədlik, 2005-ci ildə isə Rusiya Federasiyasının Xalqlar Dostluğu Universitetində "Əməliyyat olunmuş mədənin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdi. Alimin apardığı tədqiqatlar nəticəsində əməliyyat olunmuş mədənin xəstəliklərinin - patoloji sindromların yeni təsnifatı təklif olunmuş, ayrı-ayrı patoloji sindromların korreksiyası üçün yeni cərrahi üsullar işlənib hazırlanmış və kliniki təcrübədə tətbiq olunmuşdur. Yeniliyə görə bu üsullardan üçünə Rusiya Federasiyasının patenti verilmişdir.

 

Zərraf Şirinov 170-dən artıq elmi məqalə və tezisin, həmçinin iki monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 4 fəlsəfə doktoru hazırlanmışdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır