İflic siçanlar üçün insan hüceyrələrindən onurğa beyni implantı hazırlanıb
08.02.2022 16:12

İsrail alimləri iflic siçanlar üçün insan hüceyrələrindən onurğa beyni implantı hazırlayıblar.

 

Aztibb.az ria.ru-ya istinadən xəbər verir ki, transplantasiyadan sonra gəmiricilər yeriyə biliblər. Texnologiyanın klinik sınaqlarına üç ildən sonra başlanacağı gözlənilir.

 

Alimlərin sözlərinə görə, bu, yataq xəstəsi və ya əlil arabasında olan insanlara yenidən ayağa qalxmaq şansı verə bilər. Siçanlara üç insanın hüceyrələrindən yetişdirilmiş implant qoyulub.

 

İnsanlara gəldikdə, alimlər xəstənin öz biomaterialından istifadə edəcəklər. Bu rədd edilmə riski olmadan toxumanın bərpasına və immunitetə təzyiq göstərmədən transplantasiya etməyə imkan verəcək.

 

İmplantın köçürülməsindən sonra uzun müddətli iflic olan siçanların 80 faizinin yerimə qabiliyyəti bərpa olunub, ancaq yaxın vaxtlarda iflic olanlarda bu göstərici 100 faiz olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır