Tibb Universitetinin rektoru Azərbaycan Gəncləri Günü münasibəti ilə tələbələri təbrik edib
02.02.2022 17:26
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tələbələri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edib.
 
Rektor ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirib:
 
“Dövlətin gənclərlə bağlı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu diqqətin, qayğının nəticəsidir ki, gənc nəsil 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda könüllü vuruşdu. Eləcə də, ATU-nun gənc həkimləri, məzunları, tələbələri döyüş meydanında qəhrəmanlıq, igidlik, misilsiz rəşadət göstərdilər. İstər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıq göstərən ATU yetirmələri Azərbaycan gəncliyinin hər şeyə qadir olduğunu bir daha sübut etdi.
 
Azərbaycan Tibb Universiteti olaraq tələbələrimizin həm yüksək ixtisaslı kadr kimi yetişməsi, gələcəkdə peşəkar həkim kimi fəaliyyət göstərib insanlara yardım göstərməsi istiqamətində çox işlər görürük, həm də gənclərimizin fərdi inkişafı üçün əlimizdən gələni əsirgəmirik. Tələbələrimiz və məzunlarımızın daim hər yerdə Azərbaycanımızın və ATU-nun adını layiqincə təmsil etməsi naminə bu tədbirləri daha da genişləndirmək niyyətindəyik.
 
Sizinlə fəxr edirik, Azərbaycan gəncləri, dəyərli tələbələrimiz! Hər birinizə can sağlığı, həyatda və təhsilinizdə uğurlar diləyirəm! Bayramınız mübarək!”
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub