Tibb Universitetinin 24 tələbəsi şahmat yarışında iştirak edib - Fotolar
01.02.2022 11:23

Azərbaycan Tibb Universitetinin (ATU) İdman Kompleksində Gənclər Gününə həsr edilmiş şahmat yarışı keçirilib.

 

Qaliblər ali və orta ixtisas təhsili müəssisələri arasında keçiriləcək yarışa lisenziya qazanıblar.

 

Aztibb.az-a universitetdən verilən məlumata görə, yarışdan öncə “Təbib” idman klubunun sədri Qələndər Aslanov çıxış edərək 25 il əvvəl ümumilli lider Heydər Əliyevin sərəncamı ilə təsis olunan Gənclər Gününün bir çox ölkələr arasında ilk dəfə Azərbaycanda qeyd edildiyini xatırladıb. O, ulu öndərin gəncliyə və gənclərə göstərdiyi etimadın Prezident İlham Əliyevin qərarları ilə artıq öz təsdiqini tapdığını söyləyib. Qeyd edib ki, gənclərin mənəvi inkişafı, vətənpərvər tərbiyəsi, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir:

 

“Gənclərlə bağlı bütün məsələlərin məqsədi ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsilinə diqqəti artırmaqdır. Bu gün ölkəmizdə gənclərin inkişafı üçün atılan addımlar sayəsində Azərbaycanda güclü vətənpərvər gənclər ordusu formalaşmışdır. 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini də məhz bu gənclərimiz təmin etdilər. Müharibədə döyüşməklə yanaşı, insan həyatını xilas edən də hərbi həkimlərimiz oldu. Onların böyük əksəriyyəti ATU-nun məzunları idi. Universitetimiz 18 şəhid verdi. Eyni zamanda ölkə üzrə 1000 nəfərə yaxın peşəkar idmançımız da müharibədə iştirak etdi, onlardan 320 nəfəri şəhidlik zirvəsinə ucaldı”.

 

Şəhidlərimizin xatirəsi anıldıqdan sonra təqvim planına əsasən idman tədbirlərinin ilboyu davam edəcəyini bildirən klubun sədri, tələbə idmançılarımızla birlikdə universitetimizin adını həm ölkədaxili, həm də beynəlxalq idman yarışlarında qaliblər sırasına yazdırmağa çalışacaqlarını vurğulayıb. Onu da bildirib ki, Gənclər Gününə həsr olunmuş bu yarışın qalibləri “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında martın 5-6-da keçiriləcək şahmat yarışında iştirak etmək üçün lisenziya qazanacaqlar.

 

Bundan sonra Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında başlayan yarışda ATU-nun müxtəlif fakültələrindən qızlar və oğlanlardan ibarət 24 tələbə öz gücünü sınayıb. Yarış dairəvi sistemlə keçirildiyinə görə, qaliblər 7 nəfərlə yarışaraq finala yüksəliblər. Zaur Balayev 1-ci, Cəmil Abışov 2-ci, Elvin Namazlı isə 3-cü yeri qazanıblar.

 

Yarışın sonunda qaliblər medal və diplomlarla təltif ediliblər. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub