Həkim reportajı: Cüzama daha çox immuniteti zəif olan insanlarda rast gəlinir
30.01.2022 16:58
Bakterial infeksiya olan cüzamın törədicisi vərəm çöpləri ilə çox oxşardır. Həmin xəstəlik isti ölkələrdə daha çox yayılıb. Cüzamın törədiciləri ən azı 2, ortalama isə 9-20 il ərzində sağ qala bilirlər. İnfeksiya hava-damcı vasitəsilə yoluxur.
Bu xəstəliyin müxtəlif formaları var. Xəstəliyin vərəmə oxşar olan tipi tuberkloid xoşxassəlidir. Daha ağır forması lipromatoz tipidir. Cüzamın digər forması isə dəqiqləşdirilməmiş tip adlanır və onun gedişatı həm vərəmə, həm də cüzama çox oxşayır. Son 10-15 il ərzində Azərbaycanda cüzamın ağır formalarına rast gəlinməyib.
Ölkəmizdə dispanser qeydiyyatında olan cüzamlı xəstələrin əksəriyyəti yüngül və müalicəyə tabe olunan formadan əziyyət çəkirlər. Həmin xəstəliyə mübtəla olanlar Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə edilirlər.
Bu xəstəliyin yüngül tipi olan tuberkloid tipi ləkələrlə, nadir hallarda isə düyüncüklərlə görülür. Lipromatoz tip cüzam nəzərəçarpan klinik əlamətlərlə - “şir üzü” siması, caynaqlı, sallanan əl, pəncədə olan xoralar ilə xarakterizə olunur. Cüzamın bu forması bədxassəli sayılır və yoluxuculuğa daha çox meyillidir. Belə tipdən əziyyət çəkən xəstələr çox azdır. Xəstəliyin bu növü klinik baxımdan ləkələrlə səciyyələnir, müəyyən vaxtdan sonra isə həmin ləkələrin üzərində qabarcıqlar, yəni, lipromalar əmələ gəlir. Lipromalar üzərində hissiyyat – temperatur və ağrı hissiyyatı itir. Xəstələrdə həm nevroloji, həm də dermatoloji əlamətlər müşahidə olunur.
Cüzama daha çox immuniteti zəif olan insanlarda rast gəlinir, bruselyoz, vərəm, onkoloji xəstəliklərdən əziyyət çəkənlər və uşaqlar arasında yoluxma riski daha yüksəkdir.
Bu xəstəlik bakterial infeksiya olduğuna görə uzunmüddətli xüsusi antibiotiklərlə müalicə edilir. Cüzam xəstələri profilaktika üçün izolyasiya olunmalı, diaqnoz dəqiqləşdirilənə və onlar tam sağalana qədər xüsusi şəhərciklərdə saxlanmalıdırlar. Bütün dünyada olduğu kimi, Azərbaycanda da belə məkan mövcuddur.
Azərbaycanda belə xəstələrin sayı azdır. Cüzam xəstələrinin sayının çoxluğu həmin ölkədə qida məhsullarının keyfiyyətinin və yaşayış səviyyəsinin aşağı olmasının göstəricisidir.
Ata və ana cüzamlı olsalar da, ana bətnindəki uşaq sağlam olur. Çünki xəstəlik qan vasitəsilə anadan dölə keçmir.
Həkim-dermatonevroloq Səbinə Əhmədova
Aztibb.az
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

