Çağrı mərkəzinin koronavirusla bağlı fəaliyyət göstərən 1542-0 xətti müvəqqəti işləməyəcək
07.09.2020 14:59
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinin sistemində təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar xidmətin fəaliyyəti bu gün saat 22:00-dan sonra 3 saatlıq dayandırılacaq.
 
Agentlikdən Aztibb.az-a verilən məlumata görə, bu səbəbdən Çağrı mərkəzinin koronavirusla bağlı 7 gün 24 saat fəaliyyət göstərən 1542-0 xətti müvəqqəti olaraq işləməyəcək.
 
Qısa zamanda sistemdə yenilənmə işlərinin başa çatdırılması və “1542” Çağrı mərkəzinin fəaliyyətinin bərpa olunması nəzərdə tutulur. 
 
Məlumat üçün bildirək ki, Çağrı mərkəzinin koronavirusla bağlı 1542-0 xətti 7 gün 24 saat, psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri həftə içi 08:00-dan 22:00-dək, həftə sonu 09:00-dan 21:00-dək, icbari tibbi sığorta ilə bağlı xətti isə iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərirlər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub