Nuran Abdullayevin həmmüəllifi olduğu elmi tədqiqat nüfuzlu jurnalda çap edilib  
12.01.2022 14:36

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayevin işemik beyin insultu keçirən xəstələrlə bağlı həmmüəllifi olduğu elmi araşdırma nüfuzlu elmi jurnalda çap edilib.

 

Elmi tədqiqat dünyanın aparıcı yeddi elmi cəmiyyətinin rəsmi jurnalı olan "Journal of Neurolnterventional Surgery"də (Impact Factor: 5.836) çap edilib. https://jnis.bmj.com/https://aztibb.az/az/content/early/2021/12/15/neurintsurg-2021-017935.long

 

Azərbaycanlı alimin çalışdığı institut üzrə baş koordinatoru olduğu tədqiqatda insult xəstələrinin müalicəsində beyin damarlarında icra olunan əməliyyat üçün fərqli damar yolunun seçilməsindən bəhs edilir. Belə ki, elmi tədqiqatda giriş yolu üçün qasıqdan deyil, bir başa boğazdan keçən və beyni qidalandıran damarın seçilməsindən söhbət gedir və nəticələr elmi və statistik formada incələnir.

 

Azərbaycanlı həkimin həmmüəllifi olduğu elmi tədqiqatın ərsəyə gəlməsində eyni zamanda komanda olaraq isveçrəli və Avropanın müxtəlif inkişaf etmiş ölkələrindən olan dünyaca məşhur alimlər iştirak ediblər. Onlar tədqiqatın ərsəyə gəlməsi üçün Avropanın 45 ən nüfuzlu insult mərkəzlərindən toplam olaraq 28149 beyin əməliyyatlarını incələyiblər.

 

Qeyd edək ki, N.Abdullayevin bir azərbaycanlı olaraq bu cür beynəlxalq elmi komandada çalışdığı institut üzrə baş koordinator kimi yer alması Azərbaycanın beynəlxalq elmi arenada layiqli təmsilinin bariz nümunəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub