Zahılıq dövrünün infeksion iltihabi ağırlaşmaları mövzusunda elmi monoqrafiya çap olunub
11.01.2022 10:22

“Zahılıq dövrünün infeksion iltihabi ağırlaşmalarının erkən proqnozlaşdırılması və profilaktikasının müasir aspektləri” adlı elmi monoqrafiya çapdan çıxıb.

 

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Fatma Hacıyevanın müəllifi olduğu kitab Səhiyyə Nazirliyinin müvafiq əmri ilə nəşr olunub.

 

Müəllif uzunmüddətli və gərgin elmi praktiki əməyinin bəhrəsi olan kitabda zahı qadınlarda infeksion proseslərin gedişatını, klinikasını, risk faktorlarını, müayinə və müalicə tədbirlərini tədqiq edib. Kifayət qədər böyük xəstə qrupu üzərində aparılan tədqiqat işinin elmi əsaslandırılması məqsədilə riyazi statistika üsullarına əsasən hesablama və təhlillər qurulub.

 

F.Hacıyeva tibbi biologiyada məlum olan yeni metod - Raman spektroskopiyası vasitəsilə həmin qrup qadınlar üzərində infeksion proseslərin tədqiqi istiqamətində yüksək nəticələr əldə edib. Müəllif yüksək effektivlik və informativlik, eləcə də qeyri-invazivlik baxımından bu metodun zahı qadınlarda infeksion, iltihabi proseslərin təyin edilməsində tətbiqinin məqsədəuyğunluğunu təsdiq edib.

 

Kitab elmi monoqrafiya olaraq, mamalıq və ginekologiyanın aktual məsələsi olan doğuşdan sonrakı ağırlaşmaların profilaktikasına həsr edilib. Monoqrafiya elmi yeniliyi, praktik əhəmiyyəti baxımından müasir mama-ginekoloqlar, eləcə də tibb sahəsində ali və orta ixtisas təhsili alan tələbələr üçün nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub