Səhiyyə Nazirliyi: Hazırda uşaqlar arasında yayılan xəstəlik "influenza” virusudur
10.01.2022 15:08

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev uşaqlar arasında COVID-19-un yayılması, ağır gedişatı, simptomları, eləcə də inflenza virusundan fərqli xüsusiyyətlərinə dair müsahibə verib.

 

Aztibb.az həmin müsahibəni təqdim edir:

 

- COVID-19 ştamları yayılmasına görə uşaqlar arasında fərqlənirmi?

 

COVID-19-un uşaqlar arasında yayılması ştamların müxtəlifliyinə görə dəyişir. COVID-19-un “alfa” ştamını biz daha kiçik yaşlı uşaqlarda rast gəldiyimiz halda, “delta” ştamı 10 yaş və üzəri uşaqlarda daha çox müşahidə edildi.

 

- COVID-19 xəstəliyini daha ağır gedişatda keçirən xüsusi risk qrupu uşaqlar varmı?

 

Böyüklərdə olduğu kimi, əsas xroniki xəstəliyi olanlar, allergik bronxiti olanlar, immunosupressiv dərmanlardan istifadə edənlər, xərçəng və revmatoloji xəstəlikdən əziyyət çəkən uşaqlarda ağır COVID-19 riski yüksəkdir.

 

- COVID-19-a yoluxan uşaqlarda spesifik simptomlar varmı?

 

COVID-19-un əlamətləri qriplə çox bənzəyir. Qripə gəldikdə isə COVID-19 ilə oxşarlığı ayırd etməni çətinləşdirir. Çünki hər iki xəstəlik boğaz ağrısı, hərarət, yorğunluq, quru öskürək, kimi əlamətlər verir və ötürülmə yolu eynidir. Bəzən uşaqlarda xəstəlik zamanı olan səpgilər valideynləri narahat edir və COVID-19 əlamətidir düşüncəsinə qapılırlar. Səpgilər çox vaxt virus xəstəliklərinin əlamətlərindən biri kimi meydana gəlir. Respirator simptomlardan sonra meydana gəlir, ona görə də diaqnoz qoymaq üçün səpgiyə istinad etmək heç də yaxşı seçim deyil. Oxşar əlamətləri fərqləndirməyin ən doğru yolu PZR yaxma üsuludur.

 

- Son günlər tez-tez eşitdiyimiz "influenza” virusu uşaqlara necə təsir edir?

 

Son günlər uşaqlar arasında yayılan xəstəlik qrip, yəni "influenza” virusudur. Dekabrın əvvəlindən daha çox müşahidə olunmağa başlanılıb və artmağa davam edir. Kiçik körpələrə və 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir. Çox ağır bronxitə səbəb olur. Hazırda uşaqlar arasında COVID-19-dan daha çox qarşılaşdığımız virus qrupu budur. Uşaqlar xəstələndiyi halda vaxtında həkimə müraciət etmək lazımdır. Hətta xəstəliyin ilkin simptomlarında mütləq həkimlə məsləhət edilməlidir.

 

- Məktəbdə uşaqlar bir-biri ilə tez-tez təmasda olurlar. Bu vəziyyət uşaqlarda koronavirusdan başqa qrip kimi tənəffüs yolu infeksiyalarına yol açırmı?

 

Uşaqlar məktəblərdə maska, məsafə və təmizlik qaydasına ciddi diqqət yetirməlidirlər. Bu məqamda həm müəllimlərin, həm də ailələrin üzərinə öhdəlik düşür. Bundan əlavə, risk qrupunda olan, məsələn, ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan uşaqlar dərhal qrip peyvəndi almalıdırlar.

Qrip mövsümünün başlamasına 15 gün qalmış qripə qarşı peyvəndin alınması daha faydalıdır.

 

- "İnfluenza” virusunun müalicəsində nələrə diqqət etmək lazımdır?

 

Virus xəstəliklərinin müalicəsi əsasən simptomatik təyin edilir. Hərarət salıcı dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancaq risk qrupundakı uşaqlar və risk qrupunda olmayıb, amma xəstəliyin daha ağır seyrinin görüldüyü xəstələrdə qrip virusuna təsir edən dərmanların istifadəsi lazımdır. Unutmamalıyıq ki, antibiotik hərarət salıcı deyil. Antibiotik bakterial infeksiya varsa və təyinata göstəriş varsa, qəbul olunmalıdır. Bu cür vəziyyətlərdə mütləq həkimə müraciət edilməlidir və müalicə yalnız mütəxəssis tövsiyəsi ilə aparılmalıdır.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir