ÜST dünya əhalisinin 70 faizini tam peyvənd etmək hədəfini əldən verəcək – Açıqlama
07.01.2022 11:29
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un Omikron mutasiyasının Delta mutasiyasından daha az ağır xəstəlik törətdiyini, lakin yüngül ştam kimi təsnif edilməməli olduğunu açıqlayıb.
 
Aztibb.az xəbər verir ki, təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat konfransında bildirib ki, Omikron, xüsusilə peyvənd edilmiş insanlarda Delta ilə müqayisədə daha az şiddətli görünsə də, bu, onun yumşaq olaraq təsnif edilməli olduğu demək deyil.
 
"Hadisələrin sunamisi o qədər böyük və sürətlidir ki, bütün dünyada səhiyyə sistemlərini sarsıdır. Xəstəxanalarda həddindən artıq xəstə çoxluğu və kadr çatışmazlığı görülməkdədir. Bu da təkcə COVID-19 səbəbiylə deyil, həm xəstələr vaxtında tibbi yardım ala bilmədikdə, digər xəstəliklərinə görə ölüm halları yaşanır”, - deyə təşkilat rəsmisi bildirib.
 
O, peyvəndlərin paylanması və əldə edilməsində qlobal miqyasda daha böyük bərabərlik üçün təkrar çağırış edib: “Milyardlarla insan tamamilə müdafiəsiz qaldığı halda, az sayda ölkədə ardıcıl əlavə dozalar pandemiyaya son qoymayacaq.”
 
Baş direktor əlavə edib ki, peyvəndlərin hazırkı paylanma gedişatı ilə ÜST iyul ayına qədər dünya əhalisinin 70 faizini tam peyvənd etmək hədəfini əldən verəcək.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev