Koronavirus pandemiyası tütündən istifadəni azaldıb - HESABAT
17.11.2021 14:30
Ümumdünya Səhiyyə Təşkilatı qlobal tütündən istifadə ilə bağlı hesabat dərc edib. Hesabatda qlobal miqyasda tütündən istifadədə azalma olduğu və bu azalmaya koronavirus pandemiyasının səbəb olduğu vurğulanıb.
 
Aztibb.az xəbər verir ki, ÜST dərc etdiyi hesabatda qlobal tütündən istifadə ilə bağlı son vəziyyəti qiymətləndirib.
 
Açıqlamada aşağıdakı məlumatlar yer alıb:
 
"2015-ci ildən 2020-ci ilə qədər tütün istifadəçilərinin sayı 1,32 milyarddan 1,3 milyarda qədər azalıb. Hazırda 60 ölkə 2025-ci ilə qədər tütündən istifadəni 30 % azaltmaq məqsədinə nail olmaq üzrədir".
 
Hesabatda tütünün zərərləri ilə bağlı qaynar xəttlər və SMS bildirişləri kimi səylərlə 2030-cu ilə qədər 152 milyon insanın tütündən imtina edə biləcəyi vurğulanıb.
 
Koronavirus tədbirləri tütündən istifadənin azalmasına səbəb oldu
 
Koronavirus qarşı görülən tədbirlərin tütündən istifadənin azaldılmasına da kömək etdiyinə diqqət çəkən açıqlamada, “80 ölkədə pandemiya tütün istifadəsinin azalmasına təsir göstərdi”, – deyə vurğulanıb.
 
2025-ci ilə qədər qlobal tütün istifadəçilərinin sayının 1,27 milyard nəfərə qədər azalacağı proqnozlaşdırılır.
 
Ən az tütün Afrikada istehlak edilib
 
ÜST tütündən istifadə ilə bağlı cari statistikasını da paylaşıb.
 
Qeyd olunub ki, 2020-ci ildə dünya əhalisinin 22,3 %-i tütündən istifadə edib və bu qrupda 13-15 yaş arasında 38 milyon uşaq var.
 
Afrikanın ən az tütün istifadə edilən bölgə olduğu ifadə edilən hesabatda Cənub-Şərqi Asiyanın tütün istehlakında birinci yerdə olduğu açıqlanıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev