İrandan COVID-19 peyvəndi ilə bağlı qərar: İdxal dayandırıldı
05.01.2022 16:03
İranın Ərzaq və Dərman Administrasiyasının prezidenti Bəhram Darayi COVID-19-a qarşı xaricdən gətirilən vaksinlərin idxalının dayandırıldığını və yerli peyvənddən istifadə edəcəklərini bildirib.
 
Aztibb.az xəbər verir ki, İran xaricdən COVID-19 peyvəndinin alınmasını dayandırıb.
 
Açıqlamada ölkədəki peyvənd işləri və istifadə edilən peyvəndlər haqqında məlumat verilib.
 
“İdxal edilən peyvənd qadağandırmı?” sualına B.Darayi, "Hazırda xaricdən heç bir peyvəndi idxal etmirik. Üçüncü dozada yerli vaksinlərə güvənirik və ehtiyaclarımızı qarşılamaq üçün kifayət qədər istehsal olunacağını düşünürük" cavabını verib.
 
Qeyd olunur ki, yerli istehsalçılar ayda ən az 15 milyon doza COVID-19 peyvəndi istehsal edəcək.
 
Təsdiq almaq üçün İranın istehsal etdiyi yerli vaksinlərə dair sənədlər hazırlanaraq Ümumdünya Səhiyyə Təşkilatına göndəriləcək.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev