Delta variantı 80-dən çox ölkədə görüldü - Narahatlıq artdı!
22.06.2021 10:20

Hazırda koronavirusun 80-dən çox ölkədə görülən Delta variantı, İngiltərədə ortaya çıxan Alfa variantından daha çox yoluxucu və ölümcül olması ilə narahatlıq yaradır.

 

Təfərrüatlar

 

Aztibb.az xəbər verir ki, dünya koronavirusun üçüncü dalğası ilə mübarizə apararkən, dördüncü dalğanın gözlənildiyindən çox tez gələ biləcəyi bildirildi. Delta variantı 80-dən çox ölkəni təhdid etməkdədir. Kütləvi peyvəndləmə aparılmasına baxmayaraq, Hindistan və İngiltərədə yoluxmada artım var. Tədbirlərə başlayan Almaniya Delta variantının səbəb ola biləcəyi növbəti pandemiya dalğasından ehtiyat edir.

 

Delta variantının səbəb olduğu (B.1.617.2) ilk sənədləşdirilmiş yoluxma hadisəsinə Hindistanın Maharaştra əyalətində 2020-ci ilin oktyabrında rast gəlinib. Delta variantı o vaxtdan bəri bütün dünyada ciddi şəkildə yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Delta variantı ilə bağlı narahatlığını açıqladı.

 

Dördüncü dalğa xəbərdarlığı!

 

Mütəxəssislərdən Delta variantı ilə bağlı ardıcıl açıqlamalar verilir. Alimlər Delta variantının yayılmağa davam edəcəyi təqdirdə, epidemiyada dördüncü dalğanın gələ biləcəyini xəbərdarlıq edib.

 

Açıqlamalarda deyilir ki, əhalisinin böyük əksəriyyətinin ikinci doza peyvənd olunduğu İngiltərədə Delta variantı hələ də artmaqdadır. Kifayət qədər diqqətli və ehtiyatlı olmasaq, dördüncü dalğa ilə qarşılaşa bilərik.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev