90 ildə ATU tərəfindən çap edilmiş dərslik və dərs vəsaitləri biblioqrafik nəşrdə toplanıb
29.12.2021 10:02

“Azərbaycan Tibb Universiteti-90. Dərslik və dərs vəsaitləri (1930-2019). Biblioqrafiya” adlı biblioqrafik göstərici işıq üzü görüb.

 

Nəşrin elmi məsləhətçisi ATU-nun Elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru, dosent Rauf Bəylərov, elmi redaktoru Əsaslı kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Ziyafət Eminova, tərtib edənləri - kitabxananın direktor müavini Gülbehişt Orucova, elmi-biblioqrafiya şöbəsinin müdiri Bilqeyis İsmayılova və biblioqraf Səadət Hüseynovadır.

 

Vəsait Azərbaycan Tibb Universitetinin 90 illik yubileyi münasibətilə hazırlanıb. Bu göstəricidə ATU tərəfindən çap edilmiş dərslik və dərs vəsaitlərinin xronoloji qaydada siyahısı tərtib olunub. Biblioqrafik göstərici həkimlər, elmi-tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və tələbələr üçün nəzərdə tutulub. Materialların toplanmasında Milli Arxiv İdarəsi, Bakı Dövlət Universiteti, Milli Kitabxana və Azərbaycan Təbabəti Muzeyinə də müraciət olunub.

 

Göstərici tibbin bütün sahələrini əhatə edir. Dərslik və dərs vəsaitləri tibbin bölmələri üzrə xronoloji qaydada, əlifba sırası ilə düzülüb. Dillər üzrə isə Azərbaycan, rus və ingilis dili ardıcıllığı əsas götürülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub