Avstriyada COVID-19-la əlaqədar işıqfor xəbərdarlıq sistemi istifadəyə verilib
05.09.2020 11:19

Avstriyada koronavirusun yayılma vəziyyəti barədə əhalini məlumatdırmaq məqsədilə işıqfor xəbərdarlıq sistemi işə salınıb.

 

Aztibb.az xarici KİV-lərə istinadən xəbər verir ki, dörd pillədən (yaşıl, sarı, narıncı və qırmızı) ibarət “koronavirus işıqforu“ həm ümumölkə səviyyəsində, həm də ayrı-ayrı federal əyalətlər və rayonlar üzrə yoluxmanın vəziyyətini əks etdirir.

 

İşıqfor sisteminin işə düşdüyü ilk gün ölkənin bütün rayonları yaşıl işıqda olsa da, dörd rayon (Vyana, Lints, Qrats şəhərləri və Kufştayn rayonu) sarı rəngdə olub. Bu vəziyyət isə bir sıra anlaşılmazlıq və narazılıqlar yaradıb. Belə ki, qeyd edilən dörd şəhər ölkə əhalinin təxminən 30 faizini əhatə edir və 1,8 milyon nəfərin yaşadığı paytaxt Vyana ilə 10-15 min insanın yaşadığı hansısa bir rayonun eyni meyarlar əsasında qiymətləndirilməsi etiraz doğurub.

 

Lints meri bildirib ki, onun rəhbərlik etdiyi şəhərdə hər 100 min nəfərə 26 yeni yoluxma halı düşdüyü halda, Viner Noyştadt rayonunda bu göstərici 44-ə bərabərdir. Lakin Lints işıqforda sarı, Viner Noyştadt isə yaşıl rənglə təsvir edilib. Səhiyyə Nazirliyi məsələyə aydınlıq gətirərkən bu qiymətləndirmədə konkret rəqəmlərin deyil, yoluxmanın sürəti və ocaqları, eləcə də digər amillərin ön planda dayandığını bəyan edib.

 

İnfeksiya təhlükəsini əks etdirən işıqfor sistemi hər həftənin cümə günü ölkədəki epidemioloji vəziyyəti təqdim edəcək.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub