Mamalıq və ginekologiya üzrə təhsil alan rezidentlər üçün ənənəvi seminar keçirilib
23.12.2021 11:13
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında II Mamalıq və ginekologiya kafedrasının rezidentləri üçün növbəti ənənəvi seminar keçirilib.
 
Aztibb.az xəbər verir ki, klinikanın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov adıçəkilən kafedrada indiyədək 100-ə yaxın rezidentin öncədən planlaşdırılmış mövzular üzrə məruzələr hazırladığını deyib.
 
Ənənəvi seminarların əhəmiyyətindən danışan kafedranın müdiri, professor Hicran Bağırova qeyd edib ki, hər həftə stasionarda yatan xəstələrin klinik təhlili aparılır. Eyni zamanda rezidentlər ginekologiyanın aktual problemlərininə dair maraqlı məruzələrlə çıxış edirlər. Kafedra müdiri bildirib ki, impakt faktorlu jurnallarda dərc edilən məqalələrin də müzakirə olunduğu bu cür seminarlar təkcə tələbələrin, rezidentlərin deyil, həkimlərin də qarşılıqlı fikir mübadiləsi aparmasında böyük rol oynayır. O, davamlı olaraq aparılan seminarların gələcəkdə daha da təkmilləşdiriləcəyini vurğulayıb.
 
Bundan sonra kafedranın rezidenti Vüsalə Tağıyeva Mama-ginekologiya şöbəsində müxtəlif diaqnozlarla yatan xəstələrin klinik təhlilini apararaq onların əməliyyat öncəsi, əməliyyat zamanı və əməliyyatdan sonrakı durumu haqqında məlumat verib. Aşkarlanan patologiyaların aradan qaldırılması üçün görülən tibbi tədbirləri, aparılan müayinələrin histoloji nəticələrini diqqətə çatdırıb.
 
Həmçinin rezidentlərdən Məryəm Qardaşovanın “Prenatal anomaliyaların diaqnostikası və genetik interpretasiyası”, Lamiyə Əliyevanın “Betamazon ilə RDS profilaktikasının doğuş sonrası nəticələri” (SCİ jurnalından 2021 çıxışlı məqalənin müzakirəsi) və Arzu Fərhadovanın “Erkən doğuşun müalicəsində Nifedipin və Atosibanın təsirləri” mövzusunda (SCİ jurnalından 2021 çıxışlı məqalənin müzakirəsi) məruzələri dinlənilib.
 
Müzakirələrdə professor-müəllim heyəti də iştirak edib. Kafedranın dosentləri Səfa Bağırova, İradə Tağıyeva və Mama-ginekologiya şöbəsinin müdiri, uzman həkim Turab Canbaxışov rezidentlərə öz tövsiyələrini veriblər.
 
Məruzəçilər sonda seminar iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıblar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır